Məhkəmə qərarları › İş №3(057)-787/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-787/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-787/2024 26.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon məhkəməsinin hakimi X6 xx.xx.1994-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan X2 Salyan RPŞ-nin YPX baş inspektoru, polis kapitanı X5 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati protokolun ləğv edilməsi barədə ərizəsini baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 Salyan RPŞ-nin YPX baş inspektoru, polis kapitanı X5 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı inzibati protokolun ləğv edilməsi barədə ərizəsi Salyan Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. X4 ərizəsini onunla əsaslandırmışdır ki, ona xx.xx.2024-cü il tarixdə Salyan rayonu H.Z.Tağıyev küçəsində saat 11:22-də Salyan rayon Polis şöbəsinin DYP bölməsinin YPXnin əməkdaşı polis kapitanı X5 tərəfindən İXM-nin 327.2-ci maddəsinə əsasən İXP ******* nömrəli protokol tərtib edilmişdir. O, həmən vaxt yol ayırıcını keçərkən heç bir qayda pozuntusuna yol verməmişdir. Tərtib edilən protokol ilə razılaşmadığı üçün məhkəmədən protokolun ləğv edilməsini xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, həmin ərizə ona əlavə olunmuş sənədlə birlikdə X3 geri qaytarılmalıdır. Belə ki, Ceyhun Yegənov ərizəsində Salyan RPŞ-nin xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolunun ləğv edilməsini xahiş etsə də, qeyd olunan tarixli nömrəli protokolu ərizəsinə əlavə etməmiş, yalnız xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əlavə etmişdir. Ümumiyyətlə qanunvericilikdə yekun akt kimi qəbul edilməmiş protokoldan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Qanunda fiziki şəxsin yekun akt kimi nəzərdə tutulmuş qərardan şikayət vermək hüququ nəzərdə tutulmuşdur. Ceyhun Yegənov isə ərizəsinə əlavə etdiyi qərardan yox, protokoldan şikayət vermiş, həmin protokolu isə ərizəsinə əlavə etməmişdir. Buna görə də barəsində şikayət verilməmiş qərarın ləğvi məsələsinə məhkəmə tərəfindən baxıla bilməz. Məhkəmə hesab edir ki, Ceyhun Yegənovun şikayət ərizəsini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Hazırki mərhələdə qərarın qəbul edilməsinə əsas olmuş mübahisələndirilən protokolun mövcud olub-olmaması, hansı tarixdə, kim tərəfindən tərtib edilməsi məlum deyildir. İXM-nin 128-ci maddəsinə əsasən, yalnız inzibati xəta haqqında iş üzrə qərardan şikayət və protest verilə bilər. Ceyhun Yegənov isə barəsində qəbul edilmiş yuxarıda göstərilən qərardan şikayət verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və düzgün tərtib edilmədiyindən verilmiş şikayət ərizəsi Ceyhun Yegənova geri qaytarılmalı, ona yenidən şikayət ərizəsini düzgün tərtib edərək, mübahisələndirdiyi protokolun təsdiq olunmuş surətini əlavə edərək təkrarən məhkəməyə qəbul edilmiş qərardan şikayət vermək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası İnizibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1, 109.1.6-cı maddələrinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1, 129.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 132.1, 132.1.1, 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu məsələlərini həll edilir. Beləliklə, ərizəni və ona əlavə olunmuş qərarı araşdırıb belə qənaətə gəlirəm ki, X2 Salyan RPŞ-nin YPX baş inspektoru, polis kapitanı X5 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati protokolun ləğv edilməsi barədə ərizəsi yuxarıda şərh olunan əsaslara görə icraata qəbul edilmədən ona geri qaytarılmalıdır. X1 izah edilməlidir ki, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən müvafiq qərarı mübahisələndirməklə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Salyan RPŞ-nin YPX-nin baş inspektoru polis kapitanı X5 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati protokolun ləğv edilməsi barədə ərizəsi icraata qəbul edilmədən ona geri qaytarılsın. X3 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən müvafiq qərarı mübahisələndirməklə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar