Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-796/2025 06.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, X1 iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Neftçala rayonu, Boyad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Neftçala rayonu, Boyad kəndində qeydiyyatda olmaqla, Salyan rayonu, Dayıkənd kəndində yaşayan X5 Salyan rayon Yol Patrul Xidməti inspektoru polis serjantı Elvin Feyzullayev tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və cərimənin ödənilməsi öhdəliyinin üzərindən götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Salyan rayonu, Dayıkənd kəndində daimi qeydiyyatda olmaqla orada yaşayır. xx.xx.2025-ci il tarixdə ona məxsus mal-qaranı Salyan rayonu, Dayıkənd kəndində yoldan keçirərkən qara rəngli “VAZ 2107” nəqliyyat vasitəsi tərəfindən vurulmuşdur. “VAZ 2107” nəqliyyat vasitəsi sürətli getdiyi üçün mal-qarasını öldürmüş və mal-qarasının qarnında balası da ölmüşdür. xx.xx.2025-ci il tarixdə saat 23:24-də Salyan rayon Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 hadisə yerinə gələrək xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati protokol və həmin protokolun əsasında TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tərtib etmişdir. xx.xx.2025ci il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilərək ona göndərilməmişdir. Bu inzibati pozuntunu törətmədiyini nəzərə alaraq, onun haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati protokola yenidən obyektiv şəraitdə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 İbiş oğlu bildirmişdir ki, tərtib olunmuş protokolla tanışdır. Axşamüstü heyvan kanalda su içdikdən sonra yola çıxmış, yol işıqlı olmuşdur. 3 baş heyvan olmuşdur. Özü heyvanların yanında dayanmışdır. X2 avtomobili ilə ona məxsus heyvanı vurmuş, heyvan avtomobilin ön şüşəsinə düşsə də, o avtomobilini saxlamamışdır. Avtomobil kanala dəyib dayandıqdan sonra o, atası ilə birlikdə avtomobildən düşmüşdür. Ona protokol əsasında 40 manat cərimə yazılmışdır. Həmçinin izahat alınmışdır ki, bir daha heyvanlarını nəzarətsiz buraxmayacaqdır. Məhkəmə aparatı işçisi tərəfindən iclas zalında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Salyan rayon YPX-nin inspektrou, polis serjantı Elvin Feyzullayev ilə əlaqə saxlanılmış, o bildirmişdir ki, şikayətçi barəsində tərtib olunmuş protokol nəqliyyat hadisəsi ilə bağlı deyil, heyvanın başsız qoyulması ilə bağlı tərtib olunmuşdur. Bu barədə videogörüntünün olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, məhkəməyə təqdim edilmiş videogörüntünü tədqiq edib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X8 barəsində İXM-nin 338.5.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Salyan rayon Yol Patrul Xidməti inspektoru polis serjantı Elvin Feyzullayev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənheh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 16 iyul 2025-ci il tarixdə, saat 23:24 radələrində Salyan rayonu, Dayıkənd kəndi ərazisində at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən mal-qaranın asfalt və sement-beton örtüklü yollara ötürərək İXM-nin 338.5.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 40 manat məbləğində cərimə edilmişdir. Salyan rayon Yol Patrul Xidməti inspektoru polis serjantı Elvin Feyzullayev tərəfindən çəkilmiş videogörüntünü əks etdirən CD diskdən görünür ki, X7 İbiş oğlu hadisənin ona məxsus heyvanların nəzarətsiz qalması nəticəsində yola çıxmasını və bunun nəticəsində nəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir. Həmçinin nəqliyyat vasitəsinin sürətinin yüksək olmasını və bunun nəticəsində ona ziyan dəyməsini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 338.5.2-ci maddəsinə əsasən mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə səksən manat məbləğində cərimə edilir Məhkəmə təqdim edilmiş video-görüntündən görünür ki, X7 İbiş oğlu hadisənin ona məxsus heyvanların nəzarətsiz qalması nəticəsində yola çıxmasını və bunun nəticəsində nəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir. Həmçinin nəqliyyat vasitəsinin sürətinin yüksək olmasını və bunun nəticəsində ona ziyan dəyməsini bildirmişdir. Məhkəmə iclası zamanı araşdırılmış materiallarla da müəyyən olunmuşdur ki, şikayətçi Eldar Ağayevin öz nəzarətsizliyi ucbatından və onun İXM-in müvafiq normasında nəzərdə tutulan xətanı törətməsi nəticəsində mülkiyyətində olduğunu bildirdiyi bir baş iri buynuzlu heyvan nəqliyyat hadisəsi nəticəsində tələf olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X5 İXM-nin 338.5.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Salyan rayon Yol Patrul Xidməti inspektoru polis serjantı Elvin Feyzullayev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X5 İXM-nin 338.5.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Salyan rayon Yol Patrul Xidməti inspektoru polis serjantı Elvin Feyzullayev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(057)-796/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-796/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver