Məhkəmə qərarları › İş №3(057)-797/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-797/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-797/2025 24.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 24 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonunun Aşağı Noxudlu kəndində yerləşən heyvan bazarından Neftçala rayonunun Aşağı Surra kəndinə yaşayan Zərərçəkmiş şəxs məxsus bir baş xırdabuynuzlu heyvanı oğurlayaraq ona 450 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Salyan rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Uzun müddətdir ki, qeyd etdiyi ünvanda yaşayır. 03 mart 2025-ci il tarixdə gecə saatlarında Salyan rayonunun Aşağı Noxudlu kəndində heyvan bazarından tanımadığı bir şəxsin bir baş xırdabuynuzlu heyvanını oğurlamış və həmin heyvanı Salyan rayonunun ərazisində tanımadığı bir şəxsə 170 manata satmış, həmin pulu xərcləmiş, hal-hazıradək heyvan sahibinə dəymiş maddi ziyanı ödəməmişdir. Hazırda etdiyi əməldən peşmandır və gələcəkdə belə hallara yol verməyəcəkdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərəçəkmiş şəxsin izahatı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işi başlanması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün tərtib olnmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayonunun Aşağı Noxudlu kəndində yerləşən heyvan bazarından Neftçala rayonunun Aşağı Surra kəndinə yaşayan Zərərçəkmiş şəxs məxsus bir baş xırdabuynuzlu heyvanı oğurlayaraq ona 450 manat maddi ziyan vurmuşdur. AZA 021493 saylı, 09 iyun 2025-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 17 noyabr 2023-cü il tarixdə, saat 01:10-da tutulmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı toplanmış material üzrə Şəxs əməlində “cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (xırda talama) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində nzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin ictimai Təhlükəsizlik Bölməsinə verilməsi barədə qərar qəbul olunmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 mart 2025-ci il tarixli qərarda qeyd olunmuş Zərərçəkmiş şəxs izahatında qeyd olunmuşdur ki, 03 mart 2025-ci il tarixdə saat 05 radələrində 03 baş xırdabuynuzlu heyvanını satmaq üçün Salyan rayonunun Aşağı Noxudlu kəndində yerləşən heyvan bazarına gəlmiş, həmin vaxt tanımadığı bir şəxs onun heyvanlarında birini almaq istədiyini demiş, həmin şəxslə söhbət edən zaman digər heyvanlara baxmamışdır, söhbət edib qurtardıqdan sonra geriyə-digər heyvanlara baxan zaman bir baş heyvanın-qoyunun olmadığını görmüş, həmin heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşərək DİN-in 102 xidmətinə müraciət etmişdir. Zərərçəkmiş şəxs izahatın həmin qoyunun oğurlanması ilə ona 450 manat ziyan dəydiyini bildirmişdir. İş materiallarında olan 13 mart 2025-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs 03 mart 2025-ci il tarixsə 102 xidmətinə zəng vuraraq 450 manat dəyərində bir baş qoyununun oğurlanması barədə məlumat vermişdir. İş materiallarında olan 14 mart 2025-ci il tarixli qərardadla inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. İş materiallarında olan 14 aprel 2025-ci il tarixli MN ******* nömrəli qərara əsasən inzibati xəta törədən şəxs müəyyən olunmadığından İXM-nin 104.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 24 iyul 2025-ci il tarixli qərardadla inzibati xəta haqqında iş üzrə icraat təzələnmiş və inzibati araşdırma aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində ictimai işlər növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunması, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınması və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunması mümkün olmaz. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 24 iyul 2025-ci il tarixdən, saat 18:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar