Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-8/2023 06.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü il tarixdə, Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜMƏYYƏN ETDİ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən 06 yanvar 2023-cü il tarixli, MN № 1458204/06 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən narkotik vasitə olan heroin və marixuanadan istehlak etməsi müəyyən edilmişdir. Bununla əlaqədar İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı əsasında, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən 06 yanvar 2023-cü il tarixli, MN № 1458204/06 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, əvvəllər narkotik vasitələrdən şəxsi istehlak miqdarında istifadə etmişdir. Həmçinin 4-5 il əvvəl narkotik vasitələrin kultivasiyası ilə məşğul olmuşdur. Buna görə də, Salyan Rayon Məhkəmənin hökmü ilə bir il müddətində həbs olunmuşdur. Həbsdən çıxdıqdan sonra arabir narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 03 noyabr 2022-ci il tarixdə günorta saatlarında polis əməkdaşları onun yaşadığı ünvana gələrək narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün rayon polis şöbəsinə getməli olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişdir. Sonra polis əməkdaşları ilə birlikdə Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkololi Xəstəxanasına gedərək ekspress-test üsulu ilə narkololi müayinədən keçmişdir. Narkololi müayinə zamanı onun heroindən və marixuanadan istifadə etməsi bilinmişdir. Törətdiyi xətaya görə peşmandır. Göstərilənləri nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərarın sürəti Salyan RPŞ-nın İTB-nə göndərilmişdir. Həmin qərardan həmçinin müəyyən olunur ki, məhkəmə-narkoloji ekspertizasının 11 noyabr 2022-ci il tarixli, 1164 nömrəli ekspert rəyinə əsasən, müayinə zamanı Şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Sədrlik edən Şəxs dinləyib, inzibati xəta haqqında protokola, işdə olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, özünün etirafını, törətdiyi əməldən peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Şəxs Salyan RMX X4 narkoloji kabinetində qeydiyata alınması üçün qərarın surəti Hacıqabul RMX X7 göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs Salyan RMX X4 narkoloji kabinetində qeydiyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-8/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-8/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver