Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-812/2024 11.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2, Salyan Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X3 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 xx.xx.2024-cü il tarixdə Səbail Rayon Məhkəməsinə şikayət verərək xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 3(009)-1852/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 15 iyul 2024-cü il təqribi saat 08:15 radələrində Salyan şəhəri Yusif Qasımov küçəsində geriyə hərəkət etdiyi üçün **-BL-*** dövlət qeydiyyat nişanlı VAZ 21214 markalı nəqliyyat vasitəsi X10 ekipajı tərəfindən dayandırılmışdır. Salyan rayon Yol Patrul Xidməti inspektoru ona yaxınlaşaraq yol çiyni ilə hərəkət etdiyini əsas gətirərək qayda pozduğunu bildirmişdir. X4 küçəsində yol çiyni olmadığını, heç bir qayda pozuntusuna yol vermədiyini bildirsə də, YPX inspektoru ona “məndən çox bilirsən, mənə mənim işimi öyrədəcəksən?” deyərək İXM-nin 327.1-ci maddəsi ilə (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) inzibati xəta protokolu (İXP 6404183) tərtib etmişdir. Yol çiyni YHQ-nın 1-ci maddəsinin 8-ci hissəsi (Y.Qasımov Salyan şəhəri mərkəzi küçəsində yol çiyni yoxdur), geriyə hərəkətin qadağan olunduğu hallar YHQ-nın 42-ci maddəsinin 12-ci hissəsində göstərilən heç bir halın olmadığını nəzərə alaraq, İXP6404183 nömrəli inzibati xəta haqqında protokolu YPX inspektoru polis serjantı Nağıyev Xalid tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanmamış şəxsi ambisiyaları əsasında tərtib olunmuşdur. Daxili İşlər Nazirliyinə elektron qaydada xx.xx.2024-cü il tarixdə şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə Baş X10 İdarəsindən şikayət ərizəsinin yenidən araşdırılması üçün Salyan RPŞ-nə yönləndirilməsi barədə elektron məktub poçt ünvanına göndərilmişdir. Onun iştirakı və məlumatı olmadan 09 avqust 2024-cü il tarixdə İXP ******* saylı protokola inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar qəbul olunmuşdur. YHQ-nı nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsini əsas tutaraq İXP ******* saylı inzibati xəta protokolu qanunsuz tərtib olunmuşdur. Odur ki, qeyd edilən protokol üzrə araşdırma aparılaraq düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən X5 ərizədə qeyd olunan xüsusatları təsdiq edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, qəbul olunmuş qərar ona rəsmən təqdim olunmamış, poçt vasitəsilə göndəriləcəyi bildirilmişdir. Buna görə də, həmin qərarı iş materiallarına əlavə edə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə onların iştirakı olmadan baxılması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, şikayətə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X6 bildirmişdir ki, protokol onun iştirakı ilə X2 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə tərtib olunmuşdur. Belə ki, X1 şəhərinin mərkəzi küçəsi hesab olunan Y.Qasımov küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan geriyə hərəkət etməklə hərəkətin digər iştirakçılarına mane olmuşdur. Buna görə də, barəsində İXM-nin 327.1-ci maddəsilə inzibati xəta haqqında protokol qəbul edilmiş və həmin protokol əsasında o, 40 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; AC 148125 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, X2 “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “VAZ 21214 urban minik” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol verilmişdir. Nəticədə Azərbaycan Respublikasının İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X5 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 (qırx) manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. X5 həmin qərarla tanış olduğunu, lakin razı olmadığını imzası ilə təsdiq etmişdir. Beləlikə, məhkəmə iclasında müəyyən olundu ki, X5 15 iyul 2024-cü il tarixdə Salyan şəhəri Yusif Qasımov küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. X2 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, 40 (qırx) manat miqdarında cərimə edilmişdir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X5 inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həm də həmin inzibati tənbehin həddində, eyni zamanda inzibati tənbehi tətbiq etmək səlahiyyətli olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən belə qərara gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X2 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat miqdarında cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-812/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-812/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver