Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-816/2023 31.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 Gəncə şəhər Dövlət X7 rəisi tərəfindən qəbul edilmiş TP ******* nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər Dövlət X7 rəisi X3 tərəfindən qəbul edilmiş edilmiş TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanmaması məsələlərini həll edir. Belə ki, şikayətçi X4 mübahisələndirdiyi inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etsə də, verilmiş şikayətə əlavə olunmuş qərar ksero surət olmaqla oxunmur. Eyni zamanda şikayətdə özünün və şikayət etdiyi orqanın poçt ünvanı göstərilməmişdir. Göstərilən hallar isə, işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, X1 şikayəti geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: X1 Gəncə şəhər X7 inzibati xəta haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması şikayətçi X2 izah edilsin. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-816/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-816/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver