Məhkəmə qərarları › İş №3(057)-816/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-816/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-816/2025 12.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət nəzarəti xidməti 4 saylı X2 nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1970-ci il təvəllüdlü, Salyan rayonu Yolüstü kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət nəzarəti xidməti 4 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət nəzarəti xidməti 4 saylı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 262.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 21 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan rayonu Düzənlik kəndi ərazisində 21 iyul 2025-ci il tarixdə çəltik sahəsinin suvarılması zamanı su ehtiyatlarından israfçılıqla istifadə edilməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət nəzarəti xidməti 4 saylı X2 nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Salyan rayonu, Düzənlik kəndində Şəxs sudan israfçılıqla istifadə etməsini aşkar edərək müvafiq protokol tərtib etmişlər. Belə ki, suyun Şəxs 5 hektarlıq suvarılan torpaq sahəsini aşaraq kollektora axdığını aşkar etmişdir. Bu hal A.Abbasovun səhlənkarlığı üzündən baş vermiş, nəticədə təmiz suyun israfçılığına yol verilmişdir. Bu barədə akt tərtib olunmuş, A.Abbasovdan izahat alınmışdır, özü də suyun israf edilməsini etiraf etmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, Salyan rayonu Düzənlik kəndi ərazisində onun torpaq sahəsi yerləşir. Torpaq sahəsinin 5 hektarında çəltik-düyü əkmişdir. Onun torpaq sahəsi su mənbəsinə münasibətdə ən sonda yerləşir, ona qədər 10-dan çox torpaq sahəsi var. Çox vaxt onun torpaq sahəsinə su çatmır, buna görə də suvara bilmir. Torpaq sahəsinin hər hektarına görə suvarma üçün haqq ödəyir. 21 iyul 2025-ci il tarixdə suyu açmış, qonşu torpaq sahibləri də suyu açıb ərazilərini suvardığı üçün suyun onun sahəsinə gec çatacağını güman edərək nahar etmək üçün evə getmişdir. Sonradan suyun torpaq sahəsini aşaraq kollektora axdığını ona xəbər vermişlər, o, torpaq sahəsinə gəlmiş, onun evə getdiyi müddət ilə qayıtmasnın arasında 2 saat vaxt olmuşdur. Suyun daşmasının səbəbi qonşu torpaq sahibləri suvarmanı bitirib suyu bağlamalrı olmuşdur. Bu səbəbdən də su sürətlə onun torpağına çatmış, hətta onun 5 hektarlıq ərazisindən aşaraq kollektora axmışdır. O, belə olacağını bilsəydi topaq sahəsində qalar, suyun daşmasına imkan verməzdi. Buna görə də barəsində barəsində qərar qəbul eidlməsini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, su hər gün eyni vaxtda, eyni qrafiklə buraxılmır, həmçinin qonşu torpaq sahələrinin sahibləri tərəfindən də suyun nə vaxt bağlanacağı bilinmir, buna görə həmin gün həmin saatlarda suyun onun torpaq sahəsinə gələcəyini hesablaya bilməzdi. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət nəzarəti xidməti 4 saylı X2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Suyun suvarma üçün buraxılmasına X7 Birliyi nəzarət edir, buraxılan suyun həcmi ilə bağlı standart miqdar müəyyən edilməmiş, bəzən buraxılan suyun həcmi çox, bəzən isə az olur, suyun hansı qrafiklə buraxılması əvvəlcədən məlum deyil. Buna görə də torpağını suvaran şəxs suya özü nəzarət etməlidir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 262.2.2-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə Nümayəndə və A.Abbasovu dinləyib, iş materiaalrını nəzərdən keçirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 iyul 2025-ci il tarixli, 000803 nömrəli aktdan görünür ki, Salyan rayonu Yolüstü kənd sakini Şəxs istifadəsində olan 09 ha çəltik sahəsinə keçirilən baxış zamanı su ehtiyatlarından israfçılıqla istifadə olunması faktı aşkar olunmuşdur. Şəxs suyun çox miqdarda gəlməsindən xəbərsiz olmasını, digər ərazilərin su kütləsi altında qalmasına dair izahat vermişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.2-ci maddəsi ilə inzibati məsuliyyət cəlb olunmasından ötrü həmin protokol tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli MN0545657 nömrəli qərardadla Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.2-ci maddəsi ilə inzibati məsuliyyət cəlb olunmasından ötrü tərtib olunmuş protokol Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət nəzarəti xidmətinin4 saylı X2 rəisinin xx.xx.2025-ci il tarixli sərəncamı ilə 5 gün müddətində Salyan rayonu ərazisində Su qanunvericiliyinin tələblərinə əməl olunmasının araşdıırlması barədə araşdırma başlanmışdır. Salyan rayonu Yolüstü kənd sakini Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Salyan rayonu Düzənlik kəndi ərazisində 9 ha çəltik bitkisi əkmişdir, suvarılması bol su tələb edir. Xəbərləri olmadan su çox gəlmiş, əkin sahəsinə girərək ərazini basmış, israfçılığa yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 262.2.2-ci maddəsinə əsasən, 262.2. Sudan özbaşına istifadə edilməsinə, yəni: 262.2.2. su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə; fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.2-ci maddəsinin dispozisiyasına əsasən su ehtiyatlarından israfçılıqla istifadə edilməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə inzibari xəta haqqında iş üzrə icraat aparılan A.Abbasovun suyu israf etməsi iş materiallarında və məhkəmmə iclasında təsdiq olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş A.Abbasovun onun suyun çox miqdarda gəlməsindən, əkin sahəsinə çox miqdarda axmasından, kollektora axmasından xəbəri olmamışdır. Həmçinin, suyun buraxılması və həcmi ilə bağlı vahid qrafik və standart ölçü olmadığından A.Abbasov suyun hansı miqdarda gələcəyini əvvəlcədən bilə bilməzdi. Onu da nəzərə almaq lazımdır ki, onun torpaq sahəsi suyun çatması baxımından torpaq sahələrinin ən axırıncısıdır, əvvəllər su az miqdarda gəlmiş, bu kimi hallar baş verməmişdir. Buna görə də A.Abbasov suyun ərazini basmasına nəzarət edə bilməmişdir. Qeyd olunan hadisə A.Abbasovun iradəsindən asılı olmadan baş vermişdir, buna görə də inzibati xəta kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində ehtiyatsızlıqla törədilən inzibati xətalar bir başa göstərilir, yəni hansı əməl ki ehtiyatsızlıqdan törədilən zaman inzibati məsuliyyətə səbəb olur, müvafiq maddədə həmin hərəkətin məhz ehtiyatsızlıqdan törədildiyi halda inzibati məsulliyətə səbəb olması qeyd olunur. Hazırki halda isə İXM-nin 262-ci maddəsində həmin xətanın ehtiyatsızlıqdan törədildiyi halda inzibati məsuliyyətə səbəb olacağı qeyd olunmamış, Şəxs həmin inzibati xətanı qəsdən törətməsi isə iş materialları ilə sübuta yetirilməmişdir. Beləliklə, A.Abbasovun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar