Məhkəmə qərarları › İş №3(057)-817/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-817/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-817/2023 12.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Yerüstü X2 Regional İdarəsinin kiçik inspektoru X1 iştirakı ilə Salyan şəhəri, B.Talıblı küçəsi, ev 10, mənzil 07-də yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü X2 Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 17 avqust 2023-cü il tarixdə, saat 09:40 radələrində Salyan şəhəri ərazisində “Vaz- 21061” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobili ilə sərnişin daşıma fəaliyyətini həyata keçirən vaxt Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü X2 Regional İdarəsinin səlahiyyətli əməkdaşlarının xidməti vəzifəsini yerinə yetirməsinə maneə olmaqla, qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü X2 Regional İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün sayır. Məhkəmə iclasında Azərbaycan Yerüstü X2 Regional İdarəsinin kiçik inspektoru X4 bildirmişdir ki, 17 avqust 2023-cü il tarixdə Salyan şəhərində xidmət aparan zaman, Şəxs həmin tarixdə saat 09:40 radələrində Salyan şəhəri ərazisində “Vaz-21061” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobili ilə sərnişin daşıma fəaliyyətini həyata keçirən vaxt səlahiyyətli əməkdaşlarının xidməti vəzifəsini yerinə yetirməsinə maneə olmaqla, qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmiş və barəsində tərtib olunmuş protokola imza etməkdən imtina etmişdir. Məhkəmə Azərbaycan Yerüstü X2 Regional İdarəsinin kiçik inspektoru X1 izahatını dinləyib və inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır və Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar