Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-817/2025 13.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyyatları X11 İstifadəsinə və X5 Xidməti 4 saylı X2 nümayəndələri X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs 262.2.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X1 daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X2 böyük məsləhətçi müfəttişi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 262.2.2-ci maddəsi ilə 21 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən 21 iyul 2025-ci il tarixdə Şəxs tərəfindən Salyan rayonu, İ Varlı kəndi ərazisində çəltik bitkisi suvarılarkən su ehtiyyatlarından israfçılıqla istifadə olunması faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X2 nümayəndələri X6 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, tərəflərindən keçirilən tədbir zamanı Kürsəngi kəndində su ehtiyyatlarından israfçı şəkildə istifadə olunduğu aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmişdir. X10 adlı qrum mövcuddur. Həmin qrum Su Melorasiyadan suyu alaraq, növbəli şəkildə qrafik əsasında kanallara su verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, su növbəli şəkildə gəldiyi üçün suyu açıq qoyaraq ona nəzərət edir. Suyu çəltik sahəsinə açan zaman su gəlməmiş, daha sonra başı işlərinə qarışdığı üçün gəlib sahəsinə baxdıqda suyun daşaraq normadan artıq axdığını görmüşdür. Əməlindən peşmandır. Bir daha sahəni nəzarətsiz qoymayacaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 000803 saylı, 21 iyul 2025-ci il tarixli aktın ksero surətindən görünür ki, 4 saylı X2 21 iyul 2025-ci il tarixli İİ nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilən nəzarət tədbirləri zamanı Salyan rayonunun Düzənlik və Varlı kəndləri ərazisində əkin təyinatlı torpaqlarda ayrı-ayrı şəxslər tərəfindən əkilən çəltik sahələrinə Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin sahə rəisi X7 iştirakı ilə keçirilən baxış zamanı sudan israfçılıqla istifadə edilməsi, su təsərrüfatı qurğusunun zədələnməsi və onların istismar qaydasının pozulması faktları aşkar edilmişdir. Belə ki, Salyan rayonunun Varlı kəndi ərazisində Salyan rayon Kürsəngi kənd sakini Şəxs mülkiyyətində olan 2.9 ha torpaq sahəsinə əkdiyi çəltik bitkisinin suvarılması zamanı əkin sahəsinin bir hissəsinə böyük həcmdə su kütləsi toplanaraq su ehtiyyatlarından israfçılıqla istifadə olunması faktı aşkar edilmişdir. Bununla əlaqədar Şəxs çəltik bitkisinin bol su ilə suvarıldığına və suyun nəzarətsiz qalması səbəbindən ətraf ərazinin su altında qalmasına dair izahat vermişdir. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xüsusi mülkiyyətinə verilmiş 2.90 hektar əkin təyinatlı torpaq sahəsinə çəltik bitkisi əkmişdir. Bu bitki selləmə suvarılır. Su nəzarətsiz qalmış, ətraf ərazini basmışdır. Bunun qanun pozuntusu olduğunu bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.2.2-ci maddəsinə əsasən su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs İXM-nin 262.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində İXM-nin 262.2.2-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(057)-817/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-817/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver