Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-818/2025 12.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət nəzarəti xidməti 4 saylı X2 nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əbulfəz oğlunun iştirakları ilə, Şəxs Əbulfəz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan X10 Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət nəzarəti xidməti 4 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan X10 Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət nəzarəti xidməti 4 saylı X3 tərəfindən Şəxs Əbulfəz oğlu barəsində Azərbaycan Respublikasının İXM-in 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 28 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən “Bala Kür” restoranın icarədarı Şəxs tərəfindən Akkuşa kanalının mühafizə zonasında yardımçı tikilinin aparılması faktı aşkar edilmişdir. Məhkəmə iclasında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət nəzarəti xidməti 4 saylı X2 nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, X5 Nəzarəti Xidmətinin 28 iyul 2025-ci il tarixli 14 nömrəli Sərəncamına əsasən həmin tarixdə “Bala Kür” restoranının Akkuşa çayının mühafizə zonasında yerləşən tikililərinə baxış keçirilmiş, baxış zamanı restorana aid yerdımçı tikililərin mühafizə zonasında tikilməsi aşkar edilmiş, buna görə də həmin restoranın icarədarı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib olunmuşdur. Protokol tərtib olunarkən müvafiq fotoşəkillər çəkilmiş və icarədarın izahtı alınmışdır. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o, “Bala Kür” restoranını icarə müqaviləsi əsasında işlədir, həmin restorana aid Akkuşa çayının ətrafında olan tikililər onun tərəfindən tikilməmişdir, həmin tikililər əvvəldən orada olmuş, sonradan bəzi taxtalar onun tərəfindən dəyişdirilmişdir. Qeyd olunanları nəzərə alıb protokolun təmin olunmamasını xahiş etmişdir. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət nəzarəti xidməti 4 saylı X2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan tikililərin kim tərəfindən aparılmasını müəyyən etməyə zərurət olmadığından bu barədə araşdırma aparmamışdır, hazırda icarədar həmin restoranı istifadə etdiyi üçün və onun tərəfindən də müəyyən təmir işləri aparıldığı üçün protokol onun barəsində tərtib olunmuşdur. Məhkəmə Nümayəndə və Şəxs dinləyib, iş materiaalrını nəzərdən keçirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 iyul 2025-ci il tarixli, 000804 nömrəli aktdan görünür ki, “Bala Kür” restoranının Akkuşa çayının mühafizə zonasında yerləşən tikililərinə baxış keçirilmiş, baxış zamanı restorana aid yerdımçı tikililərin Akkuşa kanalının PK-4 hissəsində-mühafizə zonasında tikilməsi aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə inzibati məsuliyyət cəlb olunmasından ötrü həmin protokol tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərardadla Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə inzibati məsuliyyət cəlb olunmasından ötrü tərtib olunmuş protokol Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət nəzarəti xidmətinin 4 saylı X2 rəisinin xx.xx.2025-ci il tarixli 14 nömrəli sərəncamı ilə 5 gün müddətində Salyan rayonu ərazisində Su qanunvericiliyinin tələblərinə əməl olunmasının araşdıırlması barədə araşdırma başlanmışdır. Şəxs xx.xx.2025-ci il tarixli izahatında “Bala Kür” restoranına aid Akkuşa kanalının mühafizə zonasında yerləşən tikililərin onun tərəfindən aparılmaması, yalnız bəzi tikililərdə çardaqların dəyişdirilməsi və bir neçə taxtanın yenisi ilə əvəz olunması onun tərəfindən həyata keçiridiyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli “Çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.1917 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X7 məxsusdur. xx.xx.2024-cü il tarixli İcarə müqaviləsindən görünür ki, restoranın icarəyə verəni X9, icarəçi isə Şəxsdur-VÖEN-**********. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 264.0.4-cü maddəsinə əsasən xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli Qanununun 13-ci maddəsinə əsasən: 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. 13.5. Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. H ə m i n Q a n u n u n 16-cı maddəsinə əsasən: 16.1. Bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır: 16.1.1. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə; 16.1.2. bu Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda; 16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda; 16.1.4. sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə. Yuxarıda sadalanan qanunvericilik aktlarının tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, X10 Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət nəzarəti xidməti tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli Qanununun tələbləri pozulmaqla müvafiq icra hakimiyyətinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmadan yoxlama aparılmış, eyni zamanda müvafiq protokolda göstərilən tikililərin kim tərəfindən tikilməsi müəyyən edilmədən iaşə obyektinin icarədarı haqqında protokol tərtib olunmuşdur. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(057)-818/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-818/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver