Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-82/2025 23.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Salyan rayon məhkəməsi hakiminin X2 X1 Zamanı Mən, Salyan rayon məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı, xx.xx.1987-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sabirabad rayonu, Bala Həşimxanlı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə Salyan Rayon Polis Şöbəsindən daxil olmuş X2 materialları nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Salyan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* saylı X2 protokol tərtib olunaraq baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə X2 protokol və ona əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, X2 protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə informasiya” sistemində Şəxs şəxsiyyəti barəsində olan məlumatlardan, yəni şəxsiyyət vəsiqəsinin məlumatından görünür ki, o, Sabirabad rayonu, Bala Həşimxanlı kəndində qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən X2 işə onun törədildiyi yerdə baxılır. Barəsində X2 iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən X2 işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 106.0, 106.0.1-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1, 109.1.7-ci maddələrinə əsasən X2 X1 zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, X2 protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Bununla yanaşı, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Beləliklə, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində X2 protokol tərtib edilmiş şəxs üzərinə düşən öhdəliyi icra etməməklə (yəni hərəkətsizlik göstərməklə) barəsində təyin olunmuş inzibati cəriməni ödəməmişdir. Göründüyü kimi, barəsində inzibati protokol tərtib edilmiş şəxsə istinad olunan inzibati xəta hadisəsi Sabirabad rayonunun inzibati ərazisində törədilmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş X2 protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 110 və 112-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş X2 protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-82/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-82/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver