Məhkəmə qərarları › İş №3(057)-828/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-828/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-828/2024 28.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Səhhət oğlunun iştirakları ilə xx.xx.1982-ci il tarixdə ünvan 2ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, ünvan 2ində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 28 avqust 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 28 avqust 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə ödənilməyən 13770 manat aliment borcunu və digər xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə göstərilən borcu Şəxs tələbkar X1 ödəməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, 2020-ci ildə alimenti ödəsə də, sonradan Rusiya Federasiyasına getdiyi üçün alimenti ödəyə bilməmişdir. Belə ki, tələbkar uşaqların onunla ünsiyyətdə olmasına və telefon vasitəsilə əlaqə saxlamasına imkan yaratmadığına görə o da, aliment ödəməmişdir. Digər iki icra sənədi üzrə işə baxılarkən o, ölkə xaricində olmuşdur. Sonradan bilsə də, həmin qərarları mübahisələndirməmişdir. Aliment borcunun bir hissəsini ödəmişdir. Borcu düzgün hesablanmamışdır. Sonuncu dəfə atası poçta kommunal ödənişlər etmək üçün gedən zaman Salyan rayon İcra və Probasiya Şöbəsindən onun adına məktub gəldiyi bildirilmişdir. Bundan sonra o bu gün İcra və Probasiya Şöbəsinə yaxınlaşmışdır. Hazırda ödəniş edə bilmir. Yonca toxumu sataraq borcundan 500 ödəyə biləcəyini bildirmişdir. Ona məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 protokolu müdafiə edərək göstərmişdir ki, sonuncu dəfə Salyan Rayon Məhkəməsinin 3(057)-111/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilsə də, borcundan ödəniş etməmişdir. Salyan rayon İcra və Probasiya Şöbəsinin çağırışlarına gəlmir. Sonuncu dəfə bu gün İcra və Probasiya Şöbəsində olmuşdur. Ona borcu ilə bağlı yenidən xəbərdarlıq olunsa da, ödəniş etməmişdir. Tələbkar şikayətçidir. İnzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1142/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Fərid və Gülay, xx.xx.2018-ci il təvəllüdlü Leyla adlı uşaqların iş üzrə məhkəmə qətnaməsi çıxarılana və qətnamə qanuni qüvvəsinə minənədək saxlanılması üçün cavabdeh Şəxs məhkəməyə müraciət olunan xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq, iddiaçı X1 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1142/2020 saylı, 09 dekabr 2020-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2011-ci il təvəllüdlü Fərid və Gülay, xx.xx.2018-ci il təvəllüdlü Leyla adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs qətnamə çıxarıldığı vaxtdan başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-335/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-867/2021 saylı, 09 iyun 2021-ci il tarixli icra sənədinə əsasən, iddianın qismən təmin edilməsi, cavabdeh Şəxs 2542.90 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 17.90 manat pulun alınaraq X1 verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-50/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən, iddianın qismən təmin edilməsi, cavabdeh Şəxs 15321.5 manat, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 15 manat alınaraq X1 verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-111/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Coşqun İsmayılovun xx.xx.2024-cü il tarixli qərarının ksero surətindən görünür ki, borclu ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın kanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə alınır və ya işin hallerine görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmənin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini uzun müddət ərzində üzrsüz səbəbdən yerinə yetirməməklə İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Salyan Rayon Məhkəməsinin 3(057)-111/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması onun barəsində inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaradır. Digər tərəfdən, Şəxs icra sənədi üzrə borcu ödəmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Ona görə də, Şəxs törətdiyi inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, cəriməyə cəlb ediləcəyi təqdirdə bu tənbeh tədbirini də icra etməkdən boyun qaçıracağı ehtimalını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə qətnamələrinin uzun müddətdir ki, icra olunmamasını və tələbkarın şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, borclu məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin ödənilməsindən yayınır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli ona 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi təyin edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 28 avqust 2024-cü il tarixdən, saat 17:10-dan hesablanmaqla, inzibati həbsin sonu 12 sentyabr 2024-cü il tarix, saat 17:10 hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar