Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-829/2025 04.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işsiz, Salyan rayonu P.Gəncəli kəndində yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsinin (icra məmuru X6) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 04 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-130/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədi üzrə Şəxs 22.160 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəmir. Məhkəmə iclasında Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək borclu barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil Şəxs səhhətində olan problemlərə görə işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçıları dinləyib, inzibati materialda olan sənədləri və icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2(057)-130/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahında doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün məhkəməyə müraciət olunan xx.xx.2017-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. “İcraata başlama haqqında” xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-130/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya dərhal tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 130/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-130/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin edilməsi və xx.xx.2018-ci il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməyi tələb olunmuşdur. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-130/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs öhdəsində olan 17840 manat aliment borcunu X5 ödəməmişdir. İcra məmurunun çağırışına gəlməmişdir. Salyan rayon məhkəməsinin 3(057)-204/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan çıxarışın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilməsi qərara alınmışdır. Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli “borclunun axtarılması” barədə qərarından görünür ki, borclu xx xxxxxx 1987-ci ildə doğulmuş və ünvan 3i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş epikrizdən görünür ki, 1987-ci il təvəllüdlü Şəxs ensefalopatiya, generalizə olunmuş tonik-klonik qıcolma tutmaları ilə asteno-nevrotik vəziyyət diaqnozu qoyulmuşdur. Salyan rayonlararası psixiatriya xəstəxanası tərəfindən verilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, 1987-ci il təvəllüdlü Şəxs üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. Ayda 3-4 dəfə qıcolma tutmaları ilə ambulator müalicə və kənar şəxsin nəzarəti tövsiyə edilir. Salyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən Salyan rayon icra və probasiya şöbəsinə ünvanlanmış məktubdan görünür ki, 1987-ci il təvəllüdlü Şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi “ensefalopatiya tez-tez baş verən generalizə olunmuş tonik-klonik qıcolma tutmaları” diaqnozu ilə MRX-nın terapiya şöbəsində stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 17.1.2-ci maddəsinə əsasən, borclu fəaliyyət qabiliyyətini itirdikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 18.1.3-cü maddəsinə əsasən, borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki işdə təqdim edilmiş Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli, №493 saylı məktubuna əsasən, borclu Şəxs xx.xx.2018–xx.xx.2018 tarixlərində “Ensefalopatiya, tez-tez baş verən generalizə olunmuş tonik-klonik qıcolma tutmaları” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Məhkəmə iclasında da borclunun özünü idarə edə bilmədiyi, izahat verə bilmədiyi müşahidə edilmişdir. Bu hallar borclunun icra hərəkətlərini etməməsinə üzrlü səbəb təşkil etdiyindən və maddi imkansızlıqla yanaşı, sağlamlıq vəziyyətinin də icra imkanını istisna etdiyindən, inzibati xətanın tərkibi sübuta yetirilməmiş hesab edilmişdir. Belə olan halda, icra məmuru xəstəliyin icra hərəkətlərinə mane olubolmadığını, “İcra haqqında” Qanunun 17.1.2 və 18.1.3-cü maddələrinə əsasən həmin halların mövcud olub-olmadığını müəyyən etməli, bu hallar mövcud olduğu halda icra sənədi üzrə icraat dayandırılmalı, borclunun müalicəsi başa çatanadək icra tədbirləri görülməməlidir. Belə şəraitdə, (şəxsiyyət pozuntusu) icra məmuru tərəfindən inzibati xətaya dair protokol tərtib edilərək məhkəməyə göndərilməsi qanunvericiliyin tələblərinə uyğun deyil və məsuliyyət tədbirlərinin tətbiqinə əsas vermir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Vəkil 2 saatlıq əmək haqqının məbləği yəni 11 manat məbləğində pul vəsaiti həmin büronun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülsün. Vəkilə dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasına və Salyan rayon Vəkil Bürosuna göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-829/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-829/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver