Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-830/2023 30.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi ilə xx.xx.1969-cu il təvəllüdlü, Salyan rayonu, Arbatan kəndində yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-in Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan Rayon Polis Şöbəsindən xx.xx.2023-cü il tarixdə daxil olmuş, DİN-nin BDYPİnin, xx.xx.2023-cü il tarixdə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü tarixdə idarə etdiyi “TOYOTA COROLLA MİNİK” markalı, **-US-*** dövlət nömrə nişanlı avtomaşınla inzibati xəta törətmişdir. Bununla əlaqədar Salyan RPŞ tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə müvafiq qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş DİN-nin BDYPİ-nin və Salyan Rayon Polis Şöbəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş DİN-nin BDYPİ-nin, Salyan Rayon Polis Şöbəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 25 fevral 2023-cü il tarixdə Cəlilabad rayonu, Heydər Əliyev prospekti şəhərə giriş yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə DİN-nin BDYPİ-nin hesabına ödənilməli olan borcu ümumilikdə 80 manatdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır. Belə ki, portal çıxarışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası İXM-nin 53.1.8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xəta haqqında işlər üzrə icraatı rədd edilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs vəfat etdiyi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 105, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-830/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-830/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver