Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-830/2025 18.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi X6 və X7 Xidməti 4 saylı X2 nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidməti 4 saylı X1 daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidməti 4 saylı X1 məhkəməyə daxil olmuş MN № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Salyan rayon Sarvan kəndi ərazisində 04 avqust 2025-ci il tarixində MR-15-3- 4-3-2 kollektorunun mühafizə zonasında tikinti aparılması faktı aşkar olunmuşdur. 4 saylı X2 böyük məsləhətçi müfəttişi X8 tərəfindən Azərbaycan Respublikası İXMnin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən Şəxs barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X8 izahatında göstərdi ki, X13 İdarəsi məktubla müraciət edərək, onların istifadəsində olan Salyan rayonu, Sarvan kəndi ərazisində olan MK-kollektorunun üzərində təsərrüfat binası tikinti işləri aparıldığını bildirmişdir. Müraciət əsasında həmin yerə baxış keçirilmiş, fakt öz təsdiqini tapmışdır. Belə ki, kiçik həcmli kollektorun 25-30 metr hissəsi doldurularaq, şiferdən hasar çəkilmişdir. Bu barədə Şəxs iştirakı ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətaya dair protokol tərtib olunmuş Şəxs izahat verərək bildirdi ki, kollektor ondan əvvəl doldurulmuşdur. Hətta üzərində evlər tikilmişdir. Ona qarşı prinsip aparılmışdır. O, həyətini çəpərləmək məqsədi ilə şiferdən hasar çəkmişdir. Onun orada belə bir iş görməsi üçün nəsə problem olacağı barədə məlumatı olmamış, nə də ki, bu barədə nüvafiq səlahiyyətli orqan tərəfindən hər hansı xəbərdarlıq ona edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, səlahiyyətli orqan tərəfindən Şəxs barəsində onun İXM-in 263.04-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı vahid protokol tərtib edilərək inzibati xəta haqqında protokolda İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinin mahiyyəti göstərilməmişdir. Bu hal inzibati xəta haqqında protokolun düzgün tərtib edilməməsinin göstəricisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.-ci maddəsinin tələbinə görə nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. 100.5.5-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi. 100.5.10-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Belə ki, müraciətdə söhbətin nədən getdiyi, müvafiq protokolun tərtib olunmasına səbəb olduğu güman olunan pozuntu hadisəsin mövcud su qanunverciliyində və ya onun əsasında qəbul edilmiş müvafiq qaydalarla nəzərdə tutulması səlahiyyətli orqan tərəfindən tərtib olunmuş protokoldan görünmür. Həmçinin şəxs tərəfindən üzəri torpaqla doldururularaq müvafiq çəpərin çəkildiyi bildirilən su kollektorunun “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydaları ilə müəyyən edilmiş su buraxma gücünə görə hansı növdən kollektor olması qeyri-müəyyən olaraq qalmışdır. Belə olan halda hesab edilir ki, inziabti xəta haqqında protokolda inzibati xətanın İXM-in müvafiq maddəsi üzrə inzibati xətanın mahiyyəti göstərilmədiyindən protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidməti 4 saylı X3 geri qaytarılsın. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(057)-830/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-830/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver