Məhkəmə qərarları › İş №3(057)-841/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-841/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-841/2024 18.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan RPŞ-nin Təhlükəsiz Şəhər Xidmətinin operatoru polis kiçik serjantı X3, X1 iştirakları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 23 avqust 2024-cü il tarixli, EQ seriyalı, 23153999 saylı qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 23 avqust 2024-cü il tarixli, EQ seriyalı, 23153999 saylı qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 məhkəməyə şikayət verərək Daxili İşlər Nazirliyi Baş X9i İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23153999 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, barəsində Daxili İşlər Nazirliyinin Baş X9i tərəfindən EQ23153999 saylı elektron protokol və onun əsasında qərar qəbul edilmişdir. Tam əminliklə bildirir ki, bu inzibati protokol və əsasında tərtib edilmiş qərar əsassızdır. Göstərilənlərə əsasən bildirir ki, EQ23153999 saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmadığından ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib olunmuşdur, lakin onun əməlində heç bir inzibati xəta olmamışdır. Belə ki, inzibati protokolun tərtib edilməsi guya onun Salyan şəhəri, X.R.Ulutürk küçəsi ərazisində işıqforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə olmuşdur. Lakin bu tamamilə əsassızdır. Belə ki, o həmin işıqforun narıncı işığı yanarkən artıq “stop” xəttini keçmiş və hərəkətini davam etdirmişdir. Buna görə də, protokol əsassız tərtib edilmişdir. Hətta bütün eyni qəbildən olan protokollarda foto şəkillərdən əlavə olaraq video çəkiliş müvafiq məlumat məqsədli internet portallarında yerləşdirilir. Lakin bu protokol üçün fotoşəkillərlə kifayətlənmişdirlər. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 bildirmişdir ki, videogörüntüdən ona aydın olmuşdur ki, qərar əsaslıdır. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin Təhlükəsiz Şəhər Xidmətinin operatoru polis kiçik serjantı X5 bildirmişdir ki, videogörüntülər əsasında qərarın əsaslı olduğunu nəzərə alaraq, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X4 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayət verən şəxs X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 23 avqust 2024-cü il tarixli, EQ seriyalı, 23153999 saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar