Məhkəmə qərarları › İş №3(057)-843/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-843/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-843/2024 04.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 iştirakı ilə xx.xx.1981-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Dayıkənd kəndində qeydiyyatda olmaqla yaşayan X3 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 04 sentyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib olunmuş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 04 sentyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1251/2023 saylı icra vərəqəsinə əsasən borclu X5 öhdəsində olan 1326 manat borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməyərək, icra məmurunun çağırışına məhəl qoymayaraq icra yerinə gəlməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5 göstərmişdir ki, borcundan tələbkara 900 manat ödəmişdir. Hazırda qalan borcunu da tələbkara ödəmişdir. Zərərəçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 göstərmişdir ki, X5 icra sənədi üzrə tələbi yerinə yetirməmiş, 1326 manat borcunu tam qaydada ödəməmişdir. X1 tələb olunan pulu tələbkara tam qaydada ödəmişdir. X5 barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclas iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, X5 məhkəmə qətnaməsi ilə borcunu tam ödəmiş və zərərçəkmişlə barışmış, sonuncunun şikayət və tələbi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin Qeydinə əsasən: Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalananları və X5 tərəfindən vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqlarını əsas tutaraq məhkəmə hesab edir ki, X5 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 43-cü, 115,128-130cu maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: X5 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar