Məhkəmə qərarları › İş №3(057)-843/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-843/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-843/2025 06.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsili, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 521-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli, MN 2196654/377 saylı, xx.xx.2025-ci il tarixli, MN 2196652/378 saylı və xx.xx.2025-ci il tarixli, MN 2196655/379 saylı inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN 2196654/377 saylı, Azərbaycan Respublikasının İXM-nin 521-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN 2196652/378 saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN 2196655/379 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:30 radələrində Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində yerləşən “Tut-Ağacı” restoranında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan başqa, o, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:30 radələrində Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində yerləşən “Tut-Ağacı” restoranında məişət səs-küyü salmışdır. Bundan başqa, o, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:30 radələrində Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində yerləşən “Tut-Ağacı” restoranında uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, təxminən 10-15 gün əvvəl xalasıoğlu Nəcəfin oğlu dünyaya gəlmişdir. Bu məqsədlə bir neçə dost-tanışla yığışaraq həmin günü qeyd etmək istəmişlər. Bu məqsədlə “Tut-Ağacı” restoranında yığıncaq təşkil edilmişdir. Restoranın kabinetində oturarkən küçədən xalasıoğlu Nəcəfin polis əməkdaşı ilə sözlü mübahisə etdiyini eşitmişdir. Küçəyə çıxaraq onlara yaxınlaşmış, səs-küyün səbəbini soruşmuşdur. Bu zaman Nəcəf ona polis əməkdaşı tərəfindən kameraya çəkildiyini bildirmişdir. O, Nəcəfi sakitləşdirməyə çalışmış, polis əməkdaşlarını kabinetə dəvət edərək qonaq olmasını bildirmişdir. Hadisə vaxtı nalayiq ifadələr işlətməmiş, əksinə aranı sakitləşdirməyə çalışmışdır. Törətdiyi əməldən peşman olduğunu, himayəsində üç azyaşlı övladının olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Elxan Bəbirovun izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Əlvan Abasovla birlikdə xidmətdə olan zaman Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yerləşən “Tut ağacı” restoranında yüksək səslə musiqi qoyulduğunu gördülər. Onlar həmin yerə yaxınlaşıb orada olan şəxslərə özlərini təqdim etdikdən sonra etdikləri əməlin qanun pozuntusu olması barədə hüquqi izahlar verərək axşam vaxtı yüksək səslə musiqinin oxudulmasının ətrafdakı insanlara maneçilik törətdiyini bildirmişlər. Həmin vaxtı orada müştəri olan iki nəfər şəxs onların tələblərinə tabe olmayaraq öz əməllərinə davam etdilər. Onlar həmin şəxsləri dəfələrlə nizam intizama dəvət etsələr də həmin şəxslər öz əməllərinə davam edərək uca səslə nalayiq ifadələr işlətməyə başladılar. Onlar da həmin şəxsləri və qeyd olunan restoranı işlədən digər iki nəfər şəxsi etdikləri qayda pozuntusu ilə əlaqədar barələrində qanuni tədbir görülməsi məqsədilə Salyan Rayon Polis Şöbəsinə dəvət etdi. Restoranı işlədən iki nəfər şəxs onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə gəldilər. Lakin həmin restoranda müştəri olan digər iki nəfər şəxs onların qanuni tələblərinə bilərəkdən və qəsdən tabe olmayaraq öz əməllərinə davam edib nalayiq ifadələr işlətməkdə davam edirdilər. Onlar həmin iki nəfər şəxsi dəfələrlə nizam intizama dəvət etsələr də onlar məhəl qoymayaraq öz əməllərinə davam etdilər. Onlar da həmin iki nəfər şəxsi məcburi qaydada barələrində qanuni tədbir görülməsi məqsədilə Salyan Rayon Polis Şöbəsinə gətirdilər. Məlum olmuşdur ki, ünvan 1-də yaşayan, xx.xx.1986-cı il təvəllüdlü Şəxsdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və şahidlərin izahatları ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2025-ci il tarixdə Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Elxan Bəbirovun tərtib etdiyi raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Əlvan Abasovla birlikdə xidmətdə olan zaman Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində yerləşən “Tut ağacı” restoranında yüksək səslə musiqi qoyulduğunu gördülər. Onlar həmin yerə yaxınlaşıb orada olan şəxslərə özlərini təqdim etdikdən sonra etdikləri əməlin qanun pozuntusu olması barədə hüquqi izahlar verərək axşam vaxtı yüksək səslə musiqinin oxudulmasının ətrafdakı insanlara maneçilik törətdiyini bildirlər. Həmin vaxtı orada müştəri olan iki nəfər şəxs onların tələblərinə tabe olmayaraq öz əməllərinə davam etdilər. Onlar həmin şəxsləri dəfələrlə nizam intizama dəvət etsələrdə həmin şəxslər öz əməllərinə davam edərək uca səslə nalayiq ifadələr işlətməyə başladılar. Onlar da həmin şəxsləri və qeyd olunan restoranı işlədən digər iki nəfər şəxsi etdikləri qayda pozuntusu ilə əlaqədar barələrində qanuni tədbir görülməsi məqsədilə Salyan Rayon Polis Şöbəsinə dəvət etdi. Restoranı işlədən iki nəfər şəxs onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə gəldilər. Lakin həmin restoranda müştəri olan digər iki nəfər şəxs onların qanuni tələblərinə bilərəkdən və qəsdən tabe olmayaraq öz əməllərinə davam edib nalayiq ifadələr işlətməkdə davam edirdilər. Onlar həmin iki nəfər şəxsi dəfələrlə nizam intizama dəvət etsələrdə onlar məhəl qoymayaraq öz əməllərinə davam etdilər. Onlar da həmin iki nəfər şəxsi məcburi qaydada barələrində qanuni tədbir görülməsi məqsədilə Salyan Rayon Polis Şöbəsinə gətirdilər. Salyan RPŞ-də məlum oldu ki, “Tut Ağacı” restoranını işlədən şəxslər Salyan şəhəri, Q.Əsgərov küçəsi, ev 109-da yaşayan, xx.xx.1988-ci il təvəllüdlü X3, Salyan rayon Parça Xələc kəndində yaşayan, xx.xx.2005-ci il təvəllüdlü X4, onların, qanuni tələblərinə tabe olmayan şəxslər isə Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 14 mənzil 8-də yaşayan, xx.xx.1992-ci il təvəllüdlü X5 və ünvan 1-də yaşayan, xx.xx.1986-cı il təvəllüdlü Şəxsdur. Odur ki, raportuna dair aidiyyəti göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN 2196654/377 saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:30 Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində yerləşən “Tut-Ağacı” restoranında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. xx.xx.2025-ci il tarixli, MN 2196652/378 saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:30 Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində yerləşən “Tut-Ağacı” restoranında məişət səs-küyü salmışdır. xx.xx.2025-ci il tarixli, MN 2196655/379 saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:30 Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində yerləşən “Tut-Ağacı” restoranında uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. xx.xx.2025-ci il tarixli, protokollaşdırma nömrəsi 00337 olan alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 02:12-də Şəxs qanında alkoqolun konsentrasiyası 0,749 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. xx.xx.2025-ci il tarixli AZA 021486 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:15-də inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli AZA 011109 nömrəli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, Şəxs üzərindən heç bir əşya aşkar edilərək götürülməmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:30 Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində yerləşən “Tut-Ağacı” restoranında uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmiş, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq səsküy yaratmışdır. Bu səbəbdən də, həmin şəxs barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Şəxs yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 521-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə təqsirli bilinməlidir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən İXM-nin 521-ci maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddələrdə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində İXM-nin 521-ci maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nin 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə qiymət verilməsi üçün Salyan Rayon Polis Şöbəsinə göndərilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanın sərxoş vəziyyətdə törədilməsini isə ağırlaşdıran hal kimi müəyyən etmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Məhkəmə Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda, o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş tənbeh ədalətli olmamaqla işin hallarına və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətinə uyğun olmaz, inzibati tənbehin məqsədləri təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs İXM-nin 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyətinə aid olmadığından, material həmin hissədə (İXM-nin 521-ci maddəsinə münasibətdə) şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Salyan Rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar