Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-845/2025 14.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə materialın geri qaytarılmasına dair) Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, X1 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsi qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı İnzibati xəta haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsi qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsi qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı qərarına əsasən X3 İXM-nin 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar 3000 manat məbləğində cərimə edilmişdir. X1 məhkəməyə ərizə ünvanlayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsi qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı qərarından verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq X3 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsi qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı qərardan verilmiş şikayətin baxılmadan geri qaytarılması barədə müraciətini nəzərə alaraq hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional və Təbii Sərvətlər İdarəsi qəbul edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X2 qaytarılsın. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-845/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-845/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver