Məhkəmə qərarları › İş №3(057)-849/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-849/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-849/2024 06.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2024-cü il tarixli, İXP 1988399/922 nömrəli və xx.xx.2024-cü il tarixli, İXP 1988398/923 nömrəli inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, İXP 1988398/923 nömrəli və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, İXP 1988399/922 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokollardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat YPX-nin 728 stasionar postunda ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bundan başqa, o, həmin tarixdə, yəni xx.xx.2024-cü ildə YPX-nin 728 stasionar postunda polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X5 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Əlavə olaraq, verilən suallara cavab olaraq bildirmişdir ki, Salyan RPŞ-də Şəxs anası X2 barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində anası, həyat yoldaşı və körpə övladı ilə birlikdə Sumqayıt şəhərindən Cəlilabad rayonuna qonaq gedirmişlər. Salyan rayonunun ərazisindən keçərkən DYP-nin Salyan postunda polis əməkdaşları ona “saxla” işarəsi vermişdirlər. O, maşını saxlamış, polis əməkdaşı özünü təqdim edib maşının sənədlərini istəmişdir. O, sənədləri təqdim etdikdən sonra polis əməkdaşı ona yol hərəkəti qaydasını pozduğunu bildirmiş, onu posta dəvət etmişdir. O, posta yaxınlaşmaqdan imtina edib, qaçaraq maşının yanından uzaqlaşmışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb onu sakitləşdirib nizam-intizama dəvət etmiş, lakin o, çox əsəbi və həyəcanlı olduğundan hərəkətələrinə nəzarət edə bilməmişdir. Əsəbiləşib ucadan polis əməkdaşlarına cavab qaytarıb onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu zaman polis əməkdaşları onu Salyan Rayon Polis Şöbəsinə gətirmişdirlər. Körpə övladından narahat olduğu üçün həyəcandan nə etdiyini bilməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, video görüntüdə maşından uzaqlaşaraq qaçması doğrudur, lakin üzərində hər hansı narkotik maddə olmamışdır. Əməlindən peşmandır. Bir daha bu cür hərəkətlərə yol verməyəcəkdir. Odur ki, barəsində daha yüngül inzibati tənbeh, yəni cərimə tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, xx.xx.2024cü il tarixdə saat 12 radələrində BDYPİ-nə bilavasitə tabe olan YPX Alayının 10-cu tağımının 728 saylı stasionar postunda xidmətdə olan zaman Salyan rayon istiqamətində hərəkətdə olan Sumqayıt şəhər sakini xx.xx.1990-cı ildə anadan olmuş Şəxs idarə etdiyi **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili yol hərəkət qaydalarını pozduğuna görə “saxla” işarəsi vermişdir. Avtomobilə yaxınlaşıb özünü təqdim etdikdən sonra ona qayda pozuntusu etdiyini bildirdikdə sürücü maşından düşərək qaçmağa başlamışdır. O, digər polis əməkdaşları ilə birlikdə ona yaxınlaşıb nizam-intizama dəvət etmiş, lakin həmin şəxs aqressiv şəkildə ucadan nalayiq söyüşlər söyərək onların qanuni tələblərinə tabe olmamışdır. Bu zaman maşında əyləşən şəxsiyyəti onlara məlum olmayan qadın maşından düşərək oğlunun yanına gəlib ucadan nalayiq söyüşlər söyüb onların iş rejiminə və qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələr də, onlar buna məhəl qoymayaraq öz əməllərinə davam etdikləri üçün Salyan RPŞ-nə zəng edərək əlavə kömək göndərilməsini xahiş etmişdirlər. Polis əməkdaşları posta gəldikdən sonra onlar həmin şəxsləri Salyan RPŞ-nə gətirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 iş üzrə şahid X1 ifadəsinə uyğun analoji ifadə vermişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2024-cü il tarixli, İXP 1988399/922 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat YPX-nin 728 stasionar postunda ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. xx.xx.2024-cü il tarixli, İXP 1988398/923 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü ildə YPX-nin 728 stasionar postunda polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. xx.xx.2024-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1, 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. xx.xx.2024-cü il tarixli, 001201 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə zamanı Şəxs narkotik maddələrdən istifadə etməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. 01 ədəd DVD diskdən görünür ki, Şəxs YPX-nin 728 stasionar postunda polisin qanuni tələbinə qəsdən tabe olmamış, postdan qaçaraq uzaqlaşmışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Buna görə də o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzər alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İXM-nin 535.1ci maddəsi ilə 25 (iyirmi beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 05 sentyabr 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar