Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-850/2023 01.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Salyan RPŞ-nin DYP-nin YPX-nin inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.2003-cü ildə Əlibayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, subay, işsiz, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan RPŞ-dən daxil olan 01 sentyabr 2023-cü il tarixli, İXP5664540 saylı inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: Salyan RPŞ-dən daxil olmuş 01 sentyabr 2023-cü il tarixli, İXP5664540 nömrəli inzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2023-cü ilin iyun ayında Salyan rayonu, Xalac kənd yolunda “Vaz 21074” markal, **-BL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin iki təkərini yolun səthindən qaldırmağa çalışmaqla idarə edilməsinə görə, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşaiət olunan qərəzli hərəkətləri ilə avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında Salyan RPŞ-nin DYP-nin YPX-nin inspektoru, polis serjantı X2 göstərmişdir ki, Şəxs törətmiş olduğu inzibati xətanın görüntüləri “Tik-Tok” sosial şəbəkədə müəyyən edilmiş və aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs Salyan rayonu, Xalac kənd yolunda etibarnamə ilə idarə etdiyi “Vaz 21074” markal, **-BL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq etmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində hər hansı bir inzibati tənbeh tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, “Vaz 21074” markal, **-BL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Təqribən 02 ay bundan əvvəl Salyan rayonu, Xalac kəndində su şülüzünü açdığı yerdən idarə etdiyi avtomobillə evlərinə, yəni Xalac kəndinə gələrkən həmin vaxt avtomobildə onunla birlikdə dostları Fuad və Riyad olmuşdur. Avtomobili döngələrdə sürətlə sürərək idarə etmişdir. Arxadan gələn Şövqü onun idarə etdiyi avtomobili videoya çəkmişdir. Həmin videonu sürətləndirərək “Tik-Tok”dakı şəxsi səhvəsinə yerləşdirmişdir. Tanımadığı şəxs ondan icazə alaraq onun videosunu “Tik-Tok” səhvəsində paylaşmışdır.Törətdiyi xətaya görə peşman olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyini və özünün Azərbaycan Neft Akademiyasının 4-cü kurs tələbəsi olmasını qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar hallar aşkar edilmədi. Məhkəmə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmaqla və cərimə tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsi ilə təqsirli bilinsin,barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-850/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-850/2023
01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver