Məhkəmə qərarları › İş №3(057)-850/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-850/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-850/2024 06.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi, ev 70-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-cimaddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, o, Nəsimi Rayon Məhkəməsinin 3(006)- 2030/2023 saylı, 08 may 2023-cü il və 3(006)-537/2020 saylı 18 mart 2020-ci il inzibati xəta haqqında qərarlarını qanuni qüvvəsini aldıqdan sonra 25 gün müddətində icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, işsiz və maddi imkanı olmadığından cəriməni ödəyə bilməmişdir.Eyni zamanda himayəsində olan uşağı xəstədir, onun müalicəsi üçün vəsait xərcləməli olduğundan həmin səbəbdən də cəriməni ödəyə bilmir.Odur ki, ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 hər hansı bir qərarın qəbul olunmasını məhkəmənin mülhizəsinə buraxdığını bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və icra məmuru X1 izahatlarını dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Şəxs barəsində olan Nəsimi Rayon Məhkəməsinin 3(006)-537/2020 saylı 18 mart 2020-ci il tarixli qərarın qanuni qüvvəyə minməsindən artıq 4 ildən artıq vaxt keçmiş və həmin qərarın icra müddəti ötmüşdür.Ona görə də qeyd olunan qərarın icra müddəti ötdüyündən icra olunmamalıdır. Digər qərara münasibətdə məhkəmə qeyd edir ki, həmin qərarın icrasından Şəxs qərəzli boyun qaçırması məhkəmə baxışı zamanı sübut olunmamışdır.Ona görə də məhkəmə iş üzrə icraata xitam verilməsini daha əsaslı və qanuni hesab hesab edir. 23 fevral 2021-ci il tarixli 270-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 aprel 2021-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 4 maddə 306) ilə yeni məzmunda 146.1-1-ci maddə əlavə edilmişdir.Həmin maddədə qeyd edilmişdir ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Qanunda qeyd edilən 5 il müddəti həmin qanun qüvvəyə mindikdən sonrakı münasibətlərə aid edilməlidir. Eyni zamanda qanunvericiliyin məzmunundan aydın olur ki, şəxs Aəzrbaycan Respublikası İXM-nın 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməlidir. Aəzrbaycan Respublikası İXM-nın 145.1-ci maddəsində qeyd olunmuşdur ki, İnzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir: 145.1.1. bu Məcəllənin inzibati məsuliyyət müəyyən edən müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə; 145.1.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə; 145.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə; 145.1.4. bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda; 145.1.5. ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası zamanı bu Məcəllənin 28.4-cü maddəsində nəzərdə tutulmuş hallar yarandıqda; 145.1.6. barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə. 145.2. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. Həmin Məcəllənin 146.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 146.1- 1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. 146.1-1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. 146.2. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş müddətin axımı dayanır. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır. 146.3. Bu Məcəllənin 142 - 144-cü maddələrinə uyğun olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına möhlət verildikdə və ya onun icrası dayandırıldıqda, qərarın icrası müddətinin axımı möhlət verilmə və ya dayandırılma müddəti bitənədək dayanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130, 145,146-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə olan iş üzrə icraata xitam verilsin. Nəsimi Rayon Məhkəməsinin 3(006)-537/2020 saylı, 18 mart 2020-ci il tarixli inzibati xəta haqqında qərarın icra müddəti keçdiyi üçün icra edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar