Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-852/2024 09.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan RPŞ-nin DYPB YPX-nin inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Salyan rayonu, Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin DYPB YPX-nin inspektoru, polis serjantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin DYPB YPX-nin inspektoru, polis serjantı X2 protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs tərtib olunmuş protokol üzrə özünü təqsirli bilərək bir daha belə hərəkətlərə yol verməyəcəyini qeyd etmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Alcovisor- Jupiter X” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. 17 iyun 2024-cü il tarixdə, saat 10:09-da çap edilmiş qəbzdən görünür ki, müayinə nəticəsində Şəxs qəbzi imzalamışdır. Qəbzdə son kalibirləmə tarixli xx.xx.2021-ci il, boş test 0.000 %, rejim: avtomatik, alkoqol tərkibi: 0.067 % olmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs spirtli içkidən istifadə etdiyini etiraf etmişdir. İşdə olan inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs İXM-nın 322.0.2, 322.0.4, 329.1, 332.1 və 334.1-ci maddələri ilə 500 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və iş materialları ilə tam təsdiq olunur və Şəxs inzibati xətanın törədilməsində təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 32-33-cü maddələrinə əsasən, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsində nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 334.2-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 15 (on beş) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 09 sentyabr 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-852/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-852/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver