Məhkəmə qərarları › İş №3(057)-869/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-869/2023

05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-869/2023 05.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, Salyan rayon İcra və Probasiya icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs - Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 05 sentyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 05 sentyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Ağayevin barəsində məhkəməyə təqdim olunmuş inzibati materialın baxılmadan geri qaytarılmasını xahiş etdi. Salyan rayon İcra və Probasiya Şöbəsinin rəisi Şükür Orucov tərəfindən Salyan Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli, 62/03 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinən borclu Şəxs barəsində protokolun baxılmadan geri qaytarılması xahiş edilmişdir. Məhkəmə İcra məmurunun, tərəflərin izahatlarını, Salyan rayon İcra və Probasiya Şöbəsinin rəisi Şükür Orucovun xx.xx.2023-cü il tarixli, 62/03 nömrəli məktubunu, protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edir ki, protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə Salyan Rayon İcra və Probasiya Şöbəsinin məktubunu nəzərə alaraq hesab edir ki, müvafiq vəzifəli şəxs tərəfindən protokolun geri qaytarılması xahiş olunduğundan, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Eyni zamanda tələbkar Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, borclu Şəxs ilə aralarında razılıq əldə olunmuşdur. Şəxs qardaşına məxsus **********071110 nömrəli əmək haqqı kartı razıqlarına əsasən alınmış və borcdan 1000 manat ödəniş olunmuşdur. Şəxs barəsində icra tədbirlərinin dayandırılmasını Salyan Rayon 2 Saylı Dövlət Notariat Kontorunin 4055 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılmasına dair xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barəndə Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 xx.xx.2023-cü il tarixli protokolun geri qaytarılmasına dair Salyan rayon İcra və Probasiya Şöbəsinin rəisi Şükür Orucovun 10 fevral 2023-cü il tarixli, 294610/02 nömrəli məktubuna əsasən xx.xx.2023-cü il tarixli protokol geri qaytarlımalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Salyan rayon İcra və Probasiya Şöbəsinin rəisi Şükür Orucovun ərizəsi təmin edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Salyan Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar