Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-871/2023 20.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X10 qızının katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Neftçala rayonunun, Dördlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 06 sentyabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 06 sentyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 06 sentyabr 2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2826/2019 saylı, 15 noyabr 2019-cu il tarixli icra sənədinə əsasən 10565 ABŞ dolları və 185 manat pulu X8, Salyan Rayon Məhkəməsinin 2(057)-1297/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli icra sənədinə əsasən 6020 manat pulu X5 borclu Şəxs ödəməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 göstərmişdir ki, borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsin, Salyan Rayon Məhkəməsinin qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilməsinə baxmayaraq borcunu tam ödəməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X9 göstərmişdir ki, borcluya inana bilmir, borclu 04 ay əvvəl, yəni xx.xx.2023-cü il tarixdə 1000 (bir min) manat, xx.xx.2023-cü il tarixdə 900 (doqquz) manat ödəniş edibdir. Hazırda borclu ilə razılığa gəlibdir, ilin sonuna kimi ona möhlət verəmək fikiri var. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəməyə iltizam və ödəniş barədə qəbz təqdim edərək göstərmişdir ki, bir gün əvvəl 900 manat ödəniş etmiş, 2000 manat bir dəfə, 400 manat da pulu tələbkarın istəyi ilə onun nümayəndəsi Nazənin adlı şəxsin kartına göndərmiş, 200 manat pulu isə poçt vasitəsilə göndərmişdir. 2023-cü ilin sonuna qədər borcunu tamamilə ödəyəcəyinə söz vermişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunan Şəxs 900 manat ödəməsi haqqında № ********* saylı qəbzin surətini məhkəməyə təqdim etmişdir. Tranzaksiya № **********2309190019104 saylı, xx.xx.2023-cü il tarixli qəbzdən 900 manat ödəməsi görünür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və tələbkarın izahatına, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri sübuta yetirilmir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2826/2019 saylı, 15 noyabr 2019cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 10565 (on min beş yüz altmış beş) ABŞ dollarının ödəniş anında Azərbaycan manatı ekvivalenti ilə alınaraq iddiaçı Zərərçəkmiş şəxsə ödənilməsi, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-1297/2022 saylı icra vərəqəsi ilə 8000 manat borcun və 620 manat faizin, cəmi 86220 manat pulun alınaraq X6 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarlardan və tələbin könüllü icrası barədə xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərarlar və bildirişlər Şəxs təqdim olunmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2826/2019 saylı, 15 noyabr 2019-cu il tarixli icra sənədi və Salyan Rayon Məhkəməsinin 2(057)-1297/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə tanışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 53.0.2. inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir.
105. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İcra Haqqında Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə hesab edir ki, icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilməlidir. Çünki, borclu hissə-hissə də, olsa borcunu ödəyir və öhdəliyini icra edir. Tələbkar borclunun ona ödəməli olduğu borcun hissə-hissə olaraq ödənilməsinə etiraz etmir. Salyan Rayon Məhkəməsinin qərarı ilə Haxıyev X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilməsinə baxmayaraq, icra məmuru Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 82.1-ci maddəsinin tələbini pozaraq borclunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ :
Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2826/2019 saylı, 15 noyabr 2019-cu il tarixli icra sənədi və Salyan Rayon Məhkəməsinin 2(057)-1297/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Hakim: Ənnağı Məmmədli