Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-874/2023 26.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi,Zamanov Asif Xanoğlan oğlunun katibliyi, zərərçəkmiş Zərərçəkmiş şəxs1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və işə əlavə olunmuş materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 10-cu Tağımı tərəfindən xx.xx.2023-cü il tarixdə İXP serialı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:40 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 18,5-ci kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmişlər.Ona görə də məhkəmə sonuncuların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, “Opel Astra” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 29 noyabr 2022-ci il tarixdə özünə məxsus “Opel Astra” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 15 radələrində Bakı şəhəri istiqamətində hərəkət edən zaman Şirvan kanalı keçdikdən sonra tanışı Raminin avtomobilinin yolun sağ kənarında mühərrik örtüyünün açıq vəziyyətdə dayandığını görmüş,maşını saxlayaraq ona kömək etmək istədikdə Ramin əli ilə işarə edərək sürüb getməsini bildirmişdir.Avtomobili təxminən 20-30 km sürətlə hərəkət etdirmişdir. Bir qədər getdikdən sonra arxada yolun sol zolağı ilə hərəkətdə olan ağ rəngli “VAZ-21074” minik markalı avtomobil ona doğru istiqamətlənərək idarə etdiyi avtomobili sol arxa yan hissəsindən vurmuşdur. Toqquşmadan sonra idarə etdiyi avtomobilin arxa sol təkəri qırılaraq hadisə yerində çəpəki vəziyyətdə dayanmışdır. “VAZ- 21074” minik markalı avtomobil isə əvvəlcə sola, sonra isə sağa istiqamətlənərək yolun hərəkət hissəsinə aşaraq bir qədər sürüşdükdən sonra yolun sağ zolağında damı üstə qalmışdır.Hadisə nəticəsində həmin “VAZ-21074” minik markalı avtomobildə olan qadın sərnişin əzilərək xəsarət aldığı üçün onu hadisə yerinə gələn X5 avtomobili ilə xəstəxanaya aparmışlar. Hadisə nəticəsində heç bir xəsarət almadığı üçün hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözləmiş və sənədlərini təqdim etməklə hadisə yerinə keçirilən baxışda iştirak etmişdir. Hadisədən sonra Şəxs avtomaşını idarə edərkən başının telefona qarışdığını ona deməsinin izahatında qeyd olunması doğru deyildir, belə bir izahat verməmişdir. Baş vermiş hadisə nəticəsində avtomobili əzilərək ona maddi ziyan dəymişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yol-nəqliyyat hadisəsinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi X2 cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, 29 noyabr 2022-ci il tarixdə, saat 13:40 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 18,5-ci kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 xəsarət alması barədə məlumat icraata daxil olmuşdur. Araşdırma ilə müəyyən edilmişdir ki, Ələt- Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 18,5-ci kilometrində, Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 33, mənzil 23-də yaşayan xx.xx.1984cü il təvəllüdlü, Şəxs idarə etdiyi “VAZ-2107” minik markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili 90-95 km/saat sürətlə Ələt istiqamətində hərəkət etdirərkən mobil telefonuna başı qarışdığı üçün avtomobil sağa istiqamətlənərək yolun sağ kənarından yolun hərəkət hissəsinə daxil olaraq hərəkətini 20-30 km/saat sürətlə davam etdirən Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Sabir küçəsi, ev 20-də yaşayan xx.xx.1981-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Astra” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və “VAZ-2107” minik markalı avtomobildə olan sərnişin xx.xx.1991-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs2 xəsarət alaraq Salyan rayon MX-na müraciət etmişdir.Şəxs və Zərərçəkmiş şəxs1 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barələrində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2022-ci il tarixli, 206 nömrəli aktından görünür ki, hadisə baş verən zaman Şəxs sərxoş vəziyyətdə olması müəyyən edilməmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2022-ci il tarixli 2/39517 nömrəli aktından görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs1 sərxoş vəziyyətdə olması müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X1 X4 xx.xx.2022-ci il tarixli 645 saylı ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - başın təpə nahiyəsinin yarası, sağ gözaltı nahiyəsinin qançırı, sağ dirsək, sağ əl, sağ diz nahiyələrinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmağa aiddir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, “VAZ- 2107” minik markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində yol hərəkəti qaydalarının pozulması hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yolnəqliyyat hadisəsinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi X2 cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 dekabr 2022-ci il tarixli qərarında qeyd olunmuş “Şəxs idarə etdiyi “VAZ-2107” minik markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili 90-95 km/saat sürətlə Ələt istiqamətində hərəkət etdirərkən mobil telefonuna başı qarışdığı üçün avtomobil sağa istiqamətlənərək yolun sağ kənarından yolun hərəkət hissəsinə daxil olaraq hərəkətini 20-30 km/saat sürətlə davam etdirən Lənkəran rayonu, Liman şəhəri, M.Ə.Sabir küçəsi, ev 20-də yaşayan xx.xx.1981-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Astra” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması” halı heç bir sübutla təsdiq olunmamış, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 təhqiqat zamanı belə bir halın ona məlum olmasını bildirsə belə məhkəmə baxışı zamanı belə bir halın ona məlum olmamasını bildirmişdir. Eyni zamanda məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Zərərçəkmiş şəxs1 hərəkətə başlamazdan əvvəl və yola çıxarkən yol hərəkət iştirakçılarına mane olmamasına tam əmin olmalı olduğu halda buna əməl etməmiş və əsas yola çıxmış və nəticədə baş yolla hərəkət edən nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Məhz qeyd edilən hərəkətlərinə görə Zərərçəkmiş şəxs1 Salyan Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 3(057)154/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. Göründüyü kimi Şəxs hərəkətlərində heç bir inzibati xəta tərkibi yoxdur.Ona görə də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 53.1-ci maddəsində qeyd olunmuşdur ki, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol Patrul Xidməti Alayı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP seryalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-874/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-874/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver