Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-876/2023 26.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 10-cu Tağımı tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Salyan rayonu, Çadırlı qəsəbəsi-Qarabağlı-Şirvan avtomobil yolunun Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən 12-ci klometrində, saatda 30-40 km/saat sürətlə idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış barəsində inzibati iş üzrə icraata aparılan Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Onun məhkəmə iclasında iştirakı olmadan işə baxılmasını məhkəmə mümkün hesab etmişdir. Ona görə də Şəxs 24 may 2023-cü ildə keçirilən məhkəmə iclasında verdiyi izahatı elan olunmuşdur. O, həmin izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində “Opel Astra” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Salyan rayonu, Çadırlı qəsəbəsi-Qarabağlı-Şirvan avtomobil yolunun Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən hissəsi ilə avtomobillərin qarşılıqlı hərəkəti üçün nəzərdə tutulmuş yolun sağ zolaqla saatda 30-40 km sürətlə Salyan rayonu istiqamətinə hərəkətdə olarkən yolun sol kənarına doğru dönməli olduğu üçün sola dönmə işığını qoşmaqla avtomobilinin sürətini azaltmış, yolayrıcıya çatmağa az qalmış ondan arxada hərəkətdə olan gümüşü rəngli “Mersedes Benz E200” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ tərəfdən çıxmaqla qarşısından sola doğru manevr etməklə “Mersedes Benz 320” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü üçün qəza şəraiti yaratmışdır. Onun heç bir günahı yoxdur. Hadisə nəticəsində özü bədən xəsarəti almış, avtomobili əzilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs özünü İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, 16 fevral 2023-cü il tarixdə, saat 18:00 radələrində özünə məxsus “Mersedes Benz 320” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Salyan rayonu, Çadırlı-Qarabağlı-Şirvan avtomobil yolunun Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən hissəsi ilə saatda 50-55 km/saat sürətlə Şirvan istiqamətində gedirmiş, həmin vaxt yağış yağdığından yolun hərəkət hissəsi yaş olmuşdur. Yolun sağ kənarına ayrılan yol ayrıcına çatmağa 4-5 metr qalmış, əks istiqamətdə hərəkətdə olan ağ rəngli “Opel Astra” minik markalı avtomobil sola dönmək üçün yolun ortasında dayanan zaman, bu vaxt “Opel Astra” minik markalı avtomobilin sağ tərəfindən gümüşü rəngli “Mersedes Benz E200” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən sola yüksək sürətlə manevr edərək yol ayrıcına daxil olmuşdur. O, X2 idarə etdiyi “Mersedes Benz E200” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmadan yayınmaq üçün ayağını əyləcə basaraq avtomobilin sürətini azaltmış, bu zaman anidən idarə etdiyi avtomobilin qabağ sol tin hissəsi dayanmış “Opel Astra” minik markalı avtomobilin qabaq sol tin hissəsinə dəyərək toqquşmuşdur. Baş vermiş hadisədə onun təqsiri olmamış, günahkar X4 olmasına, qəza vəziyyəti yaratmasına baxmayaraq o inzibati məsuliyyətə cəlb edilmişdir. İstintaq orqanı bilərəkdən “Mersedes Benz E200” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü məsuliyyətdən kənarda saxlamışdır. Araşdırma zamanı qəza hadisəsinin əsas günahkarı olan “Mersedes Benz E200” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olması barədə hadisə yerini müşahidə altına alan mağazaya aid kameradan görüntü yaddaş kartına köçürülərək müstəntiqə verilməsinə baxmayaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd olunmuşdur ki, həmin hadisə zamanı X2 idarə etdiyi “Mersedes Benz E200” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər avtomobillərə heç bir kontaktı olmadığından, yəni toquşmadığından sürücü E.Abasovun hərəkətlərində inzibati tənbeh tədbirləri görülməməlidir. Hadisənin baş verməsinə əsas səbəb “Mersedes Benz E200” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsünün hərəkətləri olmuşdur. Təqsirinin olmaması təqdim olunmuş videodiskdən də aydın görünür. Şəxs hərəkətlərində qanun pozuntusu olmamışdır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yol-nəqliyyat hadisəsinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, 16 fevral 2023-cü il tarixdə saat 18 radələrində Çadırlı qəsəbəsi-Qarabağlı-Şirvan avtomobil yolunun Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən 12-ci kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs və Şəxs xəsarət almaları barədə məlumat icraatına daxil olmuşdur. Araşdırma ilə müəyyən edilmişdir ki, sürücü Şəxs idarə etdiyi “Opel Astra” minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayon istiqamətinə 30-40 km/saat sürətlə hərəkətdə olarkən Qarabağlı kənd ərazisində sola dönmək məqsədi ilə avtomobili sürətini azaldaraq dayanma həddinə çatdırdığı anda arxadan onunla eyni istiqamətdə hərəkətdə olan naməlum sürücünün idarə etdiyi naməlum “Mercedes Benz” minik markalı avtomobil “Opel Astra” minik markalı avtomobilin qarşısından sağdan sola doğru manevr edərək yolayrıcını keçən zaman əks istiqamətdə saatda 50-55 km sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz E320” minik markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum “Mercedes Benz” minik markalı avtomobillə toqquşmamaq məqdəsi ilə tormozdan istifadə edərək avtomobili sola istiqamətləndirdiyi anda idarə etdiyi avtomobilin qabaq sol tin hissəsi “Opel Astra” minik markalı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Zərərçəkmiş şəxs və Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barələrində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2023-cü il tarixli 25 nömrəli aktından görünür ki, hadisə baş verən zaman Şəxs sərxoş vəziyyətdə olması müəyyən edilməmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2023-cü il tarixli 26 nömrəli aktından görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olması müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X1 X5 xx.xx.2023-cü il tarixli 76 saylı ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - Hər iki dodağın şişkinliyi, döş qəfəsinin əzilməsi, üst çənə dişlərində sınıqlar küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmağa aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X1 X5 xx.xx.2023-cü il tarixli 71 saylı ekspert rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - Sol əlin arxa səthinin şişkinliyi, qançırı, sıyrığı, hərəkət məhdudluğu küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmağa aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekzpertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, № HK-1/153 saylı ekspert rəyindən görünür ki, Opel Astra markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisən qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə baxışı zamanı işdə olan 16 fevral 2023-cü il tarixdə, saat 17:59 radələrində Salyan rayonu, Çadırlı-Qarabağlı-Şirvan avtomobil yolunun Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsinin əks olunduğu “CD” diskə baxış keçirilmişdir. Diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, “Opel Astra” minik markalı avtomobil sola dönmək üçün yolun ortası ilə hərəkətdə olduğu zaman, sağ tərəfindən gümüşü rəngli “Mercedes Benz E200” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sürətlə manevr edərək yol ayrıcına daxil olması nəticəsində əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz E320” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baxış keçirilmiş videogörüntüdən aydın olur ki, hadisənin baş verməsinə səbəb “Mersedes Benz E200” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünun hərəkətləri olmuşdur. O, yolun hərəkət hissəsi ilə hərəkət edən və sola dönməyə hazırlaşan “Opel Astra” markalı avtomaşını soldan keçərək qarşısına keçmiş və sola dönmüşdür. Həmin vaxt qarşıdan gələn nəqliyyat vasitəsini buraxmalı olduğu halda bunu etməmiş, qarşıdan gələn “Mercedes Benz E320” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qarşısına çıxan nəqliyyat vasitəsi ilə toqquşmamaq üçün tormazlama əməliyyatı aparmış və həmçinin məsafə az olduğundan bir qədər avtomaşınını sola qaçırmağa məcbur olmuş, nəticədə toqquşma baş vermişdir. Təqdim olunmuş videodiskdəki görüntüdən də aydın olur ki, hadisənin baş verməsinə əsas səbəb Mersedes Benz E200” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünun hərəkətləri olmuşdur.Belə olan halda Şəxs hərəkətlərində heç bir inzibati xəta tərkibi yoxdur.Ona görə də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 53.1-ci maddəsində qeyd olunmuşdur ki, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol Patrul Xidməti Alayı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP seryalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-876/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-876/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver