Məhkəmə qərarları › İş №3(057)-883/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-883/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-883/2024 27.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızı, xx.xx.2000-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Şəxs ünvan 2 xx.xx.2024-cü il tarixli qərarına xitam verilməsi barədə vəsatəti və iş materiallarını nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs idarə etdiyi “HYUNDAİ ELANTRA MİNİK” markalı, **-HM-*** dövlət nömrə nişanlı avtomaşınla inzibati xəta törətdiyinə görə inzibati qaydada cərimə olunmuşdur. Barəsində tərtib olunmuş EQ 20307542 və 20295895 saylı inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Bununla əlaqədar Salyan RPŞ-ni tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. ünvan 2 xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs İXM-in 529.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs vəsatətlə məhkəməyə dəftərxana vasitəsi ilə müraciət edərək, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə cəriməni ödədiyini qeyd edərək ünvan 2 xx.xx.2024-cü il tarixli qərarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə Şəxs vəsatətini, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, Şəxs barəsində ünvan 2 xx.xx.2024-cü tarixli qərarına xitam verilməlidir. Belə ki, vəsatətə əlavə olunmuş “ASAN ödəniş” sistemi vasitəsi ilə çıxarılmış məlumatdan görünür ki, Şəxs EQ 20307542 və 20295895 saylı inzibati xəta haqqında protokollar üzrə borcunu tam ödəmişdir. İXM-in 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati cərimə və dəbbə pulu ödənildiyindən vəsatət təmin edilməli, ünvan 2 xx.xx.2024-cü il tarixli qərarına xitam verilməlidir. Şərh edilənlərə əsasən və İXM-in 40.0.1, 43, 48-51, 114, 115, 117, 120, 128-130 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs vəsatəti təmin edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair ünvan 2 xx.xx.2024-cü il tarixli qərarına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar