Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-889/2023 14.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X7 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1951-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1-də qeydiyyatda olan və Salyan şəhəri, A.Həsənov küçəsi, ev 26-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Salyan rayon PŞ-nin DAM polis baş leytenentı X5 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 21 iyul 2023-cü il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanında qeydiyyatda olan və Salyan şəhəri, A.Həsənov küçəsi, ev 26-da yaşayan Şəxs idarə etdiyi “VAZ-2103” markalı, **-BB- *** dövlət nömrə nişanlı avtomobil ilə Salyan rayonu, Kürqaraqaşlı kəndinin ərazisində hərəkətdə olan zaman spirtli içkinin təsiri altında olduğundan idarəetməni itirərək yolun solunda diametri 87 sm olan köküstə yaş halda olan söyüd ağacına çırpılmış, nəticədə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şəxs sol bazunun yuxarı 1/3-nin, sağ bilək və sağ topuq nahiyəsinin qançır və sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, bir bakal pivə içmişdir. Əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Vəkil Bürosunun vəkili X1 Tahir İnqilab oğlunun əməlindən səmimi peşman olmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs “VAZ 2103 minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 114 nömrəli xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:05-də aparılan müayinə vaxtı yüngül dərəcəli alkoqol sərxoşluğunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Salyan-Neftçala avtomobil yolunun Kür Qaraqaşlı kəndindən keçən hissəsində baş vermiş avtonəqliyyat hadisəsi nəticəsində diametri 87 sm xöküstə yaş halda olan söyüd ağacının məhv olması faktı müəyyən edilmiş və 28 iyul 2023-cü il tarixli 81078 saylı akt tərtib edilərək təbiətə dəymiş 2750 (iki min yeddi yüz əlli) manat ziyan hesablanmışdır. İş materiallarında olan Salyan rayon PŞ-nin TB-nin tədqiqatçısı, polis baş leytenantı Mircəlal Ağalarov tərəfindən qəbul edilmiş 10 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, 21 iyul 2023-cü il tarixdə, saat 18:00 radələrində Salyan şəhəri, Ə.Quliyev küçəsi, bina 5 mənzil 52-də qeydiyyatda olan və Salyan şəhəri, A.Həsənov küçəsi, ev 26-da yaşayan Şəxs idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nışanlı “VAZ 2103” minik nəqliyyat vasitəsi ilə Salyan rayonu, Kürqaraqaşlı kəndinin ərazisində hərəkətdə olan zaman spirtli içkinin təsiri altında olduğundan idarəetməni itirərək yolun solunda diametri 87 sm olan köküstə yaş halda olan söyüd ağacına çırpılmış, nəticədə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şəxs sol bazunun yuxarı 1/3-nin, sağ bilək və sağ topuq nahiyəsinin qançır və sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər aldığı üçün toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş və xx.xx.1951-ci ildə Salyan rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1-də qeydiyyatda olan və Salyan şəhəri, A.Həsənov küçəsi ev 26-da yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsının 334.3-cü (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulması) tərkbi olduğundan barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Salyan RPŞ-nin DYPB-nə verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətaların törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əmlində məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinin faktiki təsdiq olunması qənaətinə gəlməklə hesab edir ki, onun barəsində törətdiyi xətaya görə məsuliyyət müəyyən edilmiş sanksiya çərçivəsində yəni Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiqetmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 03 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə tətbiq edilsin. Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili X4 X2 məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 18 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesablarına köçürülməlidir. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-889/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-889/2023
14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver