Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-9/2023 19.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə Salyan rayon prokuroru Rəşad Mansurovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 28 sentyabr 2022-ci il tarixli qərarına və toplanmış materiallara 19 yanvar 2023-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Salyan rayon prokuroru Rəşad Mansurovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 28 sentyabr 2022-ci il tarixli qərarı əsasında «» haqqında Azərbaycan Respublikası İXM-nın 192.1-ci madəsi ilə inzibati icraat başlanmışdır. Salyan Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 3 (057)-856/2022 saylı qərarı ilə Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən «» (VÖEN № **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Salyan Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 3 (057)-856/2022 saylı qərarından Salyan rayon prokuroru Rəşad Mansurov tərəfindən protest verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(106)-483/2022 saylı qərarı ilə protest qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsi hakiminin 31 oktyabr 2022-ci il tarixli 3(057)-856/2022 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Salyan Rayon Məhkəməsinə qaytarılmışdır. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüququi şəxs «» -nin və Salyan Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(106)-483/2022 saylı qərarında Salyan Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 3 (057)-856/2022 saylı qərarının ləğv edilməsi əsası kimi göstərilmişdir ki; hakim inzibati xəta haqqında işin icraatına belə bir mülahizə əsasında xitam vermişdir ki, Salyan rayon prokuroru Rəşad Mansurovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 28 sentyabr 2022ci il tarixli qərarı qəbul edilərkən «» -yə inzibati qaydada tənbeh edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində müəyyən edilmiş müddətlər keçmişdir. Hesab edirəm ki, qeyd edilən müddətin keçib keçməməsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə başlanmış olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qəbul edilmiş qərar əldə edilib, həmin qərarın nə vaxt qəbul edilməsi və həmin qərarda X4 və X1 əmək müqaviləsi bağlanmadan «» də işlərin görülməsinə cəlb edilməsi məsələsinə hər hansı münasibət bildirilib bildirilməməsi, həmin qərar qəbul edilənədək inzibati xətanın aşkar edilib edilmədiyi aydınlaşdırılmalıdır. Hakim müstəntiq C.Quliyevin 14 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında və 26 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarına istinad etsə də həmin qərarlar iş materiallarında müəyyən edilmir.Həmin qərarlar əldə edildikdən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 38.2-ci maddələrinin tələbi nəzərə alınmaqla «» -nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci madəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə görə inzibati tənbeh tədbiq edilməsi müddətinin keçibkeçməməsi məsələsinə aydınlıq gətirilməlidir”. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki,14 iyun 2022-ci ildə X3 “” -də xəsarət alması faktı üzrə CM-nın 162.1-ci maddəsi ilə cinayət işi başlanmış və 28 sentyabr 2022-ci ildə ” barəsində İXM-nın 192.1-ci maddəsi ilə inzibati icraata başlanmışdır. Apellyasiya məhkəməsinin qərarında müsətntiq C.Quliyevin 14 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında və 26 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarların işə əlavə olunmaması qeyd olunsa belə məlum olmuşdur ki, müsətntiq C.Quliyevin 14 iyun 2022-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməmişdir. 26 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərar alınıb işə əlavə olunmuşdur. Məhkəmədə elan olunmuş Salyan rayon prokuroru Rəşad Mansurovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 28 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, X7 2022-ci ilin yanvar ayından 18 may 2022-ci ilədək əmək müqaviləsi olmadan təsərrüfatda işləmiş, lakin onunla 18 may 2022-ci ildə əmək müqaviləsi bağlanmışdır. X5 isə 2016-cı ildən 2022-ci ilin iyun ayının 16-na dək əmək müqaviləsi olmadan işləmişlir. Ona görə də «» haqqında Azərbaycan Respublikası İXM-nın 192.1-ci madəsi ilə inzibati icraat başlanmış və tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, X7 2022-ci ilin yanvar ayından 18 may 2022-ci ilədək əmək müqaviləsi olmadan təsərrüfatda işləmiş, lakin onunla 18 may 2022-ci ildə əmək müqaviləsi bağlanmışdır. X5 isə 2016-cı ildən 2022-ci ilin iyun ayının 16-na dək əmək müqaviləsi olmadan işləmişdir. Müəssisədə bədbəxt hadisə baş verdiyi üçün arışdrma aparılmış və 28 sentyabr 2022-ci ildə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur.Həmin qərardan bir daha aydın olur ki, inzibati xəta X6 münasibətdə 18 may 2022-ci il tarixə kimi, X2 aid olan hissədə isə 16 iyun 2022-ci il tarixə kimi davam etmişdir. Qeyd olunmuş vaxtlarda davam edən inzibati xətaya son qoyulmuş və həmin vaxtdan sonrakı müddətlərdə hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmamışdır. «» -də baş vermiş bədbəxt hadisə ilə bağlı 14 iyun 2022-ci ildə cinayət işi başlanmış və həmin vaxt artıq inzibati xəta mövcud olmuşdur. Lakin inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar 3 aydan sonra, yəni sübutların qiymətləndirilməsi barədə 26 sentyabr 2022ci ildə, inzibati iş üzrə icraatın başlanması barədə qərar isə 28 sentyabr 2022-ci ildə qəbul olunmuşdur. Cinayət işinin istintaq müddəti ərzində araşdırmanın aparılması halı inzibati məsuliyyətə cəlb olunması üçün qanunda nəzərdə tutulmuş müddətin dayandırlması üçün əsas ola bilməz. Salyan rayon prokurorluğunun böyük müstəntiqi C.Quliyevin 14 iyun 2022-ci il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, cinayət işi heç də «» barəsində deyil, X3 iş görərəkən həmin təsərrüfatın istixana kompleksində ağır dərəcəli bədən xəsarəti alması faktına görə başlanmışdır. Cinayət işinin başlanması barədə qərar həmin təsərrüfat haqqında olmamışdır. Qanunvericiliyin tələblərinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.Göründüyü kimi inzibati xəta müvafiq olaraq 18 may və 16 iyun 2022-ci il tarixlərə qədər davam etmiş, sonrakı müddətlərdə isə hüquqi şəxsin əməlində həmin şəxslərə münasibətdə inzibati xətaya görə cəlb etmə müddəti tamamlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi qanunvericilik şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün müddət nəzərdə tumuş və həmin müddət hazırkı iş üzrə 3 ay olmuş və ötürülmüşdür. Eyni zamanda qeyd olunmalıdır ki, cinayət işi üzrə yekun qərar 26 sentyabr 2022-ci ildə qəbul olunmuş, inzibati icraat isə 28 sentyabr 2022-ci ildə başlanmışdır. Həmin vaxtdan da müddəti hesablasaq artıq 3 ay müddət keçmişdir. Belə olan halda qanunvericilik heç cür «» -nin inzibati məsuliyyətə cəlb olunmasına imkan vermir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 9 mart 2022-ci il-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin müddəaları nəzərə alınmadan həmin Məcəllənin 38.3-cü maddəsinin hərfi təfsiri yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən bir il keçəndən sonra da verilə bilməsi hallarını istisna etmir. Belə təfsir həm də faktiki olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin qeyrimüəyyən müddətədək uzadılmasına imkan yaradır. Belə hallarda inzibati məsuliyyətə cəlbetmə müddəti hətta cinayət məsuliyyətinə cəlbetmə müddətindən də artıq ola bilər. Belə ki, bu halda cinayət təqibi üzrə icraatın dayandırılması, ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzanması və ya prosessual hərəkətlərinin təkrarlanması istisna edilmir. Bununla da cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (“M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarlar). Bu hüquqi mövqeyin davamı olaraq qeyd olunmalıdır ki, normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirlməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır. Yuxarıda göstərilənlərə əsasən qeyd etmək lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətinin bitmə vaxtının müəyyən edilməsi məsələsinin həlli zamanı İnzibati Xətalar Məcəlləsinin 38.1 və 38.2-ci maddələrinin həmin Məcəllənin 38.3-cü maddəsi ilə sistemli əlaqəsindən çıxış etmək lazımdır. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. «» -nın nümayəndəsinin vermiş olduğu vəsastətlə bağlı məhkəmə qeyd edir ki, hüquqi şəxs qeyd olunan şəxslərin əmək vəzifələrini həyata keçirərkən onlarla podrat müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə zidd olmuş, həmçinin şəxslərin biri ilə ümumiyyətlə podrat müqaviləsi olmamışdır.Ona görə də «» -nın nümayəndəsinin vermiş olduğu vəsatət əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsində qeyd olunmuşdur ki,
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 2-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır.
3. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir.
4. Bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər.
5. İşçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsində qeyd olunmuşdur ki, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18,38,43,53,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: yerləşən «» (VÖEN № **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Hakim Ağarza Səmədov