Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-9/2024 24.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, iclas katibi Asif Xanoğlan oğlu Zamanovun katibliyi,barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə inzibati tənbeh tətbiq olunması barədə Bakı şəhəri X11 İdarəsinin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 barəsində Bakı şəhəri, DYPİ yol patrul xidməti, polis baş leytenantı X6 tərəfindən xx.xx.2023-cü il tarixində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri, DYPİ polis kapitanı X7 tərəfindən barəmdə xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 342.2.3-cü maddələrinə əsasən 150 ( bir yüz əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 rayon məhkəməsinə şikayət verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində 21:00 radələrində şəxsi avtomobili VAZ 21705 minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Bakı şəhəri, DYPİ yol patrul xidməti, polis baş leytenantı X6 tərəfindən avtomobili saxlanılmış və avtomobilinə baxdıqdan sonra bildirilmişdir ki, guya onun tərəfimdən əlavə edilmiş yaylar nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinin tələbləri pozulmuş, yəni nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilmişdir. Həmin zaman o, əlavə edilmiş amortizator və yayların müvafiq sertifikata malik olduğunu və əməlində heç bir inzibati xətanın olmadığını bildirsə də, yol patrul xidməti əməkdaşı avtomobili mühafizə duracağına aparmışdır. Avtomobil həmin gündən mühafizə duracağındadır. Avtomobilinin duracağa yerləşdirilməsi səbəbi, əsası və avtomobilində hansı əşyaların olması və.s aktla rəsmiləşdirilməmiş,ona akt təqdim edilməmişdir. Polis əməkdaşı inzibati xəta hadisəsini inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra, xx.xx.2023-cü ildə tərtib etməli olduğu halda xx.xx.2023-cü ildə tərtib etmiş, qanunsuzluğa yol verərək xx.xx.2023-cü ildə tərtib olunmasını qeyd etmişdir.Polis əməkdaşı vizual müşahidə əsasında deyil, avtomobili ekspertə təqdim etməli və ekspertin müvafiq rəyi əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etməli idi. X1 üzrə orqanının rəhbəri tərəfindən verilmiş uyğunluq sertifikatından görünür ki, “Texno Ressor” ticarət nişanı altında istehsal edilmiş amortizator və yaylar” Lada Priora”-(VAZ 21705) markalı avtomobil üçün istifadəyə uyğun hesab edilmişdir.Polis əməkdaşı bunu nəzərə almamış və ekspert dəvət etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti barədə protokolda məlumatlar qeyd edilməmiş və protokolun tərtibatında qanunsuzluğa yol verilmişdir. Əlavə olaraq, Bakı şəhəri, DYPİ yol patrul xidməti, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında Bakı şəhəri, DYPİ polis kapitanı X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar vəzifəli şəxs tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi səbəbindən qanunsuzdur. Göstərilənlərə əsasən Bakı şəhəri, DYPİ polis kapitanı X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmadığından ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X5 bildirmişdir ki, xx.xx.2023-cü ildə saat 19:20 radələrində **-RB-*** dövlət qeydiyyat nişanlı “Lada Priora” markalı avtomobillə Bakı şəhəri Ə.Rəcəbli küçəsi ilə 9-cu mikrorayon istiqamətində hərəkət edən zaman, həmin küçədə onu yol polisi əməkdaşları saxlamış və avtomobildə konstruksiya dəyişikləri edildiyini bidirmişlər. Avtomobili X11inin duracağına aparmışlar, lakin protokol tərtib olunmamışdır. Tələb etdiyi halda isə buna məhəl qoyulmamış və avtomobilə heç bir baxış keçirilməmişdir. Səhəri günü şəhər yol polisi idarəsinə dəvət olunmuş və avtomobili buraxmaq üçün protokoldan əlavə 150 manat pul istəmişlər. O, bunun qanunsuz olduğunu dedikdə isə protokol tərtib olunacağını ona bildirilmiş və protokolu bir gün əvvələ tərtib etmişlər.Bir il əvvəl özü maşında sport yaylar quraşdırmış, qanunvericilikdə belə yayların quraşdırılması qadağan deyildir. Yayın quraşdırılmasını təstiqləyən arayış almamışdır. Dəfələrlə yol polisi əməkdaşları onu saxlamış, lakin bununla bağlı heç bir irad bildirməmişlər. Protokol tərtib olunan zaman, onun idarə etdiyi avtomobildə duman əleyhinə işıq cihazları olmuş və buna görə Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İstismar müddəti bitmiş avtomobillərin 1 saylı əlavəsində qeyd olunur ki, digər oxsar xarici işıq cihazları quraşdırıla bilər. Maşınına əlavə etdiyi yay maşının üzərində olan yaydan 5 sm qısadır. Qərar ona rəsmi şəkildə təqdim olunmamış, qərarı 14 gün sonra özü gedərək götürmüşdür. Odur ki, şikayətinin təmin olunmasını xahiş etdi. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq Bakı şəhəri BPİ-nin X11 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə sonuncunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mehkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “VAZ 21705” minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1996-cı ildə Salyan şəhəri, M.Ə,sabir küçəsi,ev 40 ünvanında yaşayan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 342.2.3-cü maddələri ilə inzibati protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə, saat 21:00-da Bakı ərazisində “VAZ21705” minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, nəqliyyat vastitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi nəticəsində törədilmiş inzibati xətaya görə 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçini dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, F.Qurbanov idarə etdiyi nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və təkər düsturunun pozulmasına səbəb olan dəyişikliklər etmiş və bu hal məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Şikayətçi avtomaşınınn konstruksiyasında dəyişikliyin edilməsini quraşdardığı yayların uyğunluq setifikatına əsasən quraşdırıldığı ilə əsaslandırmışdır. Məhkəmə şikayətçinin bu dedikləri ilə razılaşmır. Qanunvericiliyə əsasən, qeydiyyata alınan nəqliyyat vasitələrinin konstruksiyası hərəkətin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına aid qüvvədə olan standartların, qaydaların və normativlərin tələblərinə uyğun olmalıdır. “Yol hərəkəti haqqında” Qanunun 4-cü maddəsinin 18-ci bəndinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək yol hərəkəti sahəsində dövlətin vəzifələrindən biridir. Həmin Qanunun 30-cu maddəsinin 5-ci bəndində qeyd olunmuşdur ki, istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1 saylı əlavəsinin İİİ. Xarici işıq cihazları bölməsində qeyd olunmuşdur ki, 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. 3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda. 4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə. 5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Qeyd edilənələrə əsasən məhkəmə verilmiş şikayətin əsasız olduğu qənaətinə gələrək rədd olunmasını məqsəduyğun hesab edir. Azərbaycan Respublikası İXM-nın 134.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. Qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. Bu məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. Bu məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. Bu məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. Şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. 136.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. 136.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. 136.3. İnzibati həbs haqqında tənbeh növünün tətbiq edilməsi barədə qərardan verilən şikayət və ya protest üzrə qərar onu icra etməli olan səlahiyyətli orqana (vəzifəli şəxsə), habelə barəsində inzibati həbs tətbiq edilən şəxsə qərarın qəbul olunduğu gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134 və 136-cı maddələrini rəhbər tutaraq,məhkəmə Qəraraaldı: Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs X3 inzibati tənbeh tətbiq olunması barədə Bakı şəhəri X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-9/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-9/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver