Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-902/2025 13.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində kirayədə yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 13 avqust 2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 1) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-131/2024 saylı, xx.xx.2024-cü il tarixli; 2) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-35/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə 5256 manat aliment borcunu Zərərçəkmiş şəxs1; 3) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-35/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 100 manat ekspertiza xərcini; 4) Salyan Rayon Məhkəməsinin 2(057)-1806/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 7186.86 manat ödəməmişdir. 5) Salyan Rayon Məhkəməsinin 2(057)-484/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 2739.70 manat borcu "xxxx" QSC-yə ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X10 inzibati xəta haqqında protokolu müdafiə edərək, borclu Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, meyvəli bazarında kafedə çalışır. Gündəlik 15 manata işləyir. Salyan rayon icra və Probasiya Şöbəsində olan 6 icra sənədi barəsində xəbərdardır. İcra etməməsinin səbəbi uzun müddət rəsmi gəlirinin olmaması səbəbi ilə baş vermişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-131/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün, hər ay bir uşağa görə 220 manat, iki uşağa görə cəmi 440 manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-131/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmış, həmin tarixdə tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-131/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra etməyi xahiş olunmuşdur. Şəxs xx.xx.2025-ci il tarixli izahatında görünür ki, meyvəli bazarında kafedə çalışır. Gündəlik 15 manata işləyir. Salyan rayon icra və Probasiya Şöbəsində olan 6 icra sənədi barəsində xəbərdardır. İcra etməməsinin səbəbi uzun müddət rəsmi gəlirinin olmaması səbəbi ilə baş vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-35/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, 100 manat ekspertiza xərci və iddiaçının azad edildiyi dövlət rüsumunun 50 manat hissəsi cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə köçürülməsi qərar alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-35/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmış, həmin tarixdə tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-35/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra etməyi xahiş olunmuşdur. Salyan Rayon Məhkəməsinin 2(057)-484/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 2436.2 manat məbləğində kredit borcu, 213.91 manat məbləğində faiz borcu və 42.66 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2692 (iki min altı yüz doxsan iki) manat 77 (yetmiş yeddi) qəpik məbləğində borcun və 46.93 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin hesabına ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-484/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmış, həmin tarixdə tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-484/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra etməyi xahiş olunmuşdur. Salyan Rayon Məhkəməsinin 2(057)-1806/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 22 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 6554.76 manat əsas, 491.15 manat faiz, 50 manat cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 90.95 manat dövlət rüsumu olmaqla, cəmi 7186.86 manat tutularaq Zərərçəkmiş şəxs2 ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1806/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmış, həmin tarixdə tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-1806/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra etməyi xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-1806/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin edilməsi və xx.xx.2024-cü il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə gələməyi tələb olunmuşdur. Salyan Rayon Məhkəməsinin 8(057)-114/2024 saylı, xx.xx.2024-cü tarixli qərardadın surətindən görünür ki, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatı təmin olunması, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)- 1806/2023 saylı icra sənədi üzrə borclu xx.xx.1983-cü ildə anadan olmuş, ünvan 1 kəndində qeydiyyatda olan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 8(057)-113/2024 saylı, xx.xx.2024-cü tarixli qərardadın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1806/2023 saylı icra sənədinə əsasən borclu Salyan rayonu, Aşağı Kürkənd kəndində qeydiyyatda olan Şəxs Salyan rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. xx.xx.2024-cü tarixli “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, borclu xx.xx.1983-cü ildə doğulmuş, ünvan 1 kəndi ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-35/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, 02 aprel 2024-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-35/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra etməyi xahiş olunmuşdur. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-35/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmış, həmin tarixdə tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(053)-549/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, Neftçala rayonu Aşağı Qaramanlı kəndində yasayan X2, Neftçala reyonu Aşağı Qaramanlı kəndində yaşayan X7 və Salyan rayonu Aşağı Kürkənd kəndində yaşayan Şəxs 1865.84 ABŞ dolları əsas borc və 1197,45 ABŞ dolları faiz borcu, cəmi 3063,29 (üç mün altmış üç dollar 29 sent) ABŞ dolları məbləğində borc və 20 (iyirmi) manat dövlət rüsumu tutulub Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" MMC -nin xeyrinə ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2015-ci il tarixli qərarın surətindən görünür ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-549/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmış, həmin tarixdə tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. xx.xx.2015-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Həsənov X8 Rayon Məhkəməsinin 2(053)-549/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra etməyi xahiş olunmuşdur. İş üzrə zərərçəkmiş hüquqi şəxslərdən Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-549/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə Şəxs "xxxx" MMC-yə borcu qalmamışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu borcu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, buna laqeyd münasibət göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində, keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Məhkəmə Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda, o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş tənbeh ədalətli olmamaqla işin hallarına və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətinə uyğun olmaz, inzibati tənbehin məqsədləri təmin edilə bilməz. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-902/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-902/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver