Məhkəmə qərarları › İş №3(057)-906/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-906/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-906/2025 29.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə AR Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 571-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025ci ildə saat 12:40 radələrində Şəxs qeydiyyatsız mühərriksiz taxta tipli üzmə vasitəsini təyin olunmayan yerdə saxladığı üçün inzibati xəta törətmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati materialda olan sənədləri nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirilir və Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 13-cü sahil nəzarəti bölmƏsinin rəisi baş leytenant Asif Bayramov tərəfindən “Bakı” sahil nəzarəti şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:40 radələrində 31-ci yanalma körpüsündən təxminən 2 km sol cinahda (qamışlıq ərazidə) aşkar edilmiş 2 (iki) ədəd qeydiyyatsız, bort nömrəsiz, taxta tipli, mühərriksiz üzmə vasitəsinin sahibi xx.xx.1987-ci il təvəllüdlü Salyan rayon Xıdırlı kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə müəyyən olunaraq 13-cü SNB-nə dəvət olunmuşdur. Vətəndaş saat 16:20-də 13-cü SNB-nə gələrək haqqında tərtib olunmuş sənədlərə imza çəkmişdir. Saat 16:50-də qeydiyyatda olmayan üzmə vasitəsini təyin olunmayan yerdə saxladığı üçün su sərhəd rejim pozucusu qismində sənədləşdirilmiş və üzmə vasitəsi 11 nömrəli aktla vətəndaşa təhvil verilmişdir. Odur ki, vətəndaş Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 oktyabr 1992-ci il tarixli, 560 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazi və daxili sularda özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanılması qaydalarının (2 nömrəli əlavə) pozulması ilə bağlı əməlində İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta olduğundan, barəsində toplanmış materiallar üzrə müvafiq tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. “Bakı” sahil nəzarəti şöbəsinin rəisi İ dərəcəli kapitan Zaur Gülməmmədov tərəfindən Sahil Mühafizəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:40 radələrində 31-ci yanalma körpüsündən təxminən 2 km sol cinahda (qamışlıq ərazidə) aşkar edilmiş 2 (iki) ədəd qeydiyyatsız, bort nömrəsiz, taxta tipli, mühərriksiz üzmə vasitəsinin sahibi xx.xx.1987-ci il təvəllüdlü Salyan rayon Xıdırlı kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə müəyyən olunaraq 13-cü SNB-nə dəvət olunmuşdur. Vətəndaş saat 16:20-də 13-cü SNB-nə gələrək haqqında tərtib olunmuş sənədlərə imza çəkmişdir. Saat 16:50-də qeydiyyatda olmayan üzmə vasitəsini təyin olunmayan yerdə saxladığı üçün su sərhəd rejim pozucusu qismində sənədləşdirilmiş və üzmə vasitəsi 11 nömrəli aktla vətəndaşa təhvil verilmişdir. Odur ki, vətəndaş Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 oktyabr 1992-ci il tarixli, 560 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazi və daxili sularda özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanılması qaydalarının (2 nömrəli əlavə) pozulması ilə bağlı əməlində İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta olduğundan, barəsində toplanmış materiallar üzrə müvafiq tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci ildə saat 12:40 radələrində Şəxs qeydiyyatsız mühərriksiz taxta tipli üzmə vasitəsini təyin olunmayan yerdə saxladığı üçün inzibati xəta törətmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXM-in 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 14-cü maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 571-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar