Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-907/2025 25.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə xx.xx.1986-cı il təvəllüdlü, Salyan rayonu Xıdırlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 14 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan rayonu Xıdırlı kəndində yaşayan Şəxs 11 iyun 2025-ci il tarixdə saat 16:00 radələrində qeydiyyatsız mühərriksiz üzmə vasitəsini təyin olunmayan yerdə saxlaması faktı aşkar olunmuşdur. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə protokolu və protokola əlavə edilmiş materialları nəzərdən keçirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmədiyindən qeyd olunan inzibati xəta üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14 iyun 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Salyan rayonu Xıdırlı kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində qeydiyyatda olmayan üzmə vasitəsini təyin olunmayan yerdə saxladığı üçün su sərhəd rejim pozucusu qismində sənədləşdirilmişdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində 31-ci yanalma körpüsündən təxminən 2 km sol cinahda (qamışlıq ərazidə) dron vasitəsi ilə müşahidə olunaraq "ƏBQ” sərhəd naryadı xidmətini təşkil edən sərhəd naryadı başçısı leytenant X6 və üzvü miçman X4 tərəfindən ərazidən götürülmüş 4 (dörd) ədəd qeydiyyatsız, bort nömrəsiz, taxta tipli, mühərriksiz üzmə vasitələrindən birinin sahibi xx.xx.1986-cı il təvəllüdlü Salyan rayon Xıdırlı kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə müəyyən olunaraq 13-cü SNB-nə dəvət olunmuşdur. Vətəndaş saat 16:20-də 13-cü SNBnə gələrək haqqında tərtib olunmuş sənədlərə imza çəkmişdir. Saat 16:35-də qeydiyyatda olmayan üzmə vasitəsini təyin olunmayan yerdə saxladığı üçün su sərhəd rejim pozucusu qismində sənədləşdirilmiş və üzmə vasitəsi 9 nömrəli aktla vətəndaşa təhvil verilmişdir. “Şəxsi axtarış, fiziki şəxsdə olan əşya və predmetlərin yoxlanması, əşya və predmetlərin götürülməsi” haqqında haqqında protokoldan görünür ki, Şəxs üzərində hər hansı əşya aşkar olunmasa da, o həmin protokolu imzalamaqdan imtina etmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şəxs vəkilə ehtiyacının olmadığını və vəkildən imtinanın onun maddi vəziyyəti ilə bağlı olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Şəxs 24 iyun 2025-ci il tarixəd DSX-nin Təhqiqat İdarəsində olacağına daiz həmin iltizamı imzalamışdır. İş materiallarında olan X2 və X1 izahatarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində 31-ci yanalma körpüsündən təxminən 2 km sol cinahda (qamışlıq ərazidə) dron vasitəsi ilə müşahidə olunaraq "ƏBQ” sərhəd naryadı xidmətini təşkil edən sərhəd naryadı başçısı leytenant X6 və üzvü miçman X4 tərəfindən ərazidən götürülmüş 4 (dörd) ədəd qeydiyyatsız, bort nömrəsiz, taxta tipli, mühərriksiz üzmə vasitələrindən birinin sahibi xx.xx.1986-cı il təvəllüdlü Salyan rayon Xıdırlı kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə müəyyən olunaraq 13-cü SNB-nə dəvət olunmuşdur. Vətəndaş saat 16:20-də 13cü SNB-nə gələrək haqqında tərtib olunmuş sənədlərə imza çəkmişdir. Saat 16:35-də qeydiyyatda olmayan üzmə vasitəsini təyin olunmayan yerdə saxladığı üçün su sərhəd rejim pozucusu qismində sənədləşdirilmiş və üzmə vasitəsi 9 nömrəli aktla vətəndaşa təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.[ 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 571-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə -gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Şəxs təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Belə ki, iş materiallarında inzibati xəta törətməsi istinad olunan şəxsin izahatı mövcud deyildir. “Şəxsi axtarış, fiziki şəxsdə olan əşya və predmetlərin yoxlanması, əşya və predmetlərin götürülməsi” haqqında haqqında protokoldan görünür ki, Şəxs həmin protokolu imzalamamış, bundan imtina etmişdir, Şəxs tərəfindən müvafiq protokola imza olunmaması, eyni zamanda iş materiallarında onun izahatının olmaması həmin şəxsin təqsirinin sübuta yetrilməsində müəyyən şübhələrin və qeyri-müəyyənliyin olmasına dəlalət edir ki, belə şübhələr müvafiq qanunvericiliyin tələblərinə görə inziabti məsuliyyətə cəlb olunan şəxsin xeyrinə qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa iş materiallarından görünür ki, qeyd olunan inzibati xətanı aşkar edən şəxslərdən biri X3 olmuş, buna baxmayaraq həmin hərbi qulluqçu eyni zamanda “Şəxsi axtarış, fiziki şəxsdə olan əşya və predmetlərin yoxlanması, əşya və predmetlərin götürülməsi” haqqında protokol tərtib olunarkən hal şahidi kimi iştirak etmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası 19 aprel 2024-cü il tarixli Qanunu ilə İXM-nin 69-cu maddəsində nəzərdə tutulmuş “hal şahidləri” maddəsi ləğv edilmişdir. Qeyd olunanlardan əlavə inzibati xətanın bilavasitə predmeti olan əşya-qeydiyyatsız üzmə vasitəsi iş materiallarında qeyd olunduğu kimi Şəxs təhvil verilmişdir. İnzibati Xətalar Məcəlləsinin qeyd olunan maddəsində gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslərin cərimə olunması nəzərdə tutulmuşdur, belə olan halda hazırda harada olması bilinməyən bir vasitənin gələcəkdə necə müsadirə olunacağı qeyri-müəyyən qalır və məhkəmə həmin vasitənin müsadirə olunması haqqında qərar qəbul edəcəyi təqdirdə, həmin qərarın icrasının mümkünlüyü qeyri-müəyyən olacaq. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetrilmədiyindən Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(057)-907/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-907/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver