Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-909/2025 05.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Alıyevin sədrliyi, Şirin Elton oğlu İsmayılovun katibliyi ilə, Hüquqi şəxs Şəxs direktoru Hüseynzadə Rauf Valeh oğlunun iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 16 avqust 2025-ci il tarixli, 00800-01132/25 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixədək müddət ərzində rəsmiləşdirilən 05 avqust 2024-cü il tarixli **********8928 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 4410 Avro məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış AZA-600-045 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilkdə az miqdarda 4410 Avro məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs direktoru X2 öz izahatında MMC tərəfindən hər hansı inzibati xəta törədilmədiyini qeyd edərək, bildirdi ki, inzibati xətanın törədildiyi iddia edilən məbləğ həmin müddətlər daxilində onun bank hesabına köçürülmüşdür. Buna dair müvəkkil olduğu bankdan əldə etdiyi müvafiq sənədləri məhkəməyə təqdim edə bilər. Həmin sənədlərlə müəyyən olunur ki, AZA-600-045 saylı, xx.xx.2024-cü il tarixli müqavilə və daha öncəki tarixə bağlanmış AZA-600-044 saylı müqavilələr əsasında ixrac olunan məhsullara görə müvafiq olaraq, xx.xx.2024-cü il tarixində 3649 Avro, xx.xx.2024-cü il tarixində 2373 Avro, xx.xx.2024-cü il tarixində 2357.50 Avro və xx.xx.2024-cü ildə 2273 Avro məbləğlərində ödənişlər olmuşdur. Sadəcə hazırki inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb məhz Gömrük Komitəsi tərəfindən onun müvəkkil olduğu bank hesabını görməməsidir ki, bu barədə ödənişlərin olunması ilə bağlı Mərkəzi Bankın elektron sisteminə müvafiq məlumatlar daxil edilmədiyindən bele problemlər yaranır. Qeyd olunanlarla bağlı dəfələrlə Gömrük Komitəsinə yaranan problemlərin onun iradəsindən kənar şəkildə yarandığını, yəni müvəkkil olduğu bankın ödənişlərlə bağlı məlumatları vaxtında Mərkəzi Bankın leketron sisteminə əlavə etmədiyindən yarandığını bildirsə də, hər hansı müsbət nəticə olmamışdır. Məhkəmə iclasında qeyd etdiklərinə və təqdim olunan sənədlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Hava Nəqliyyatında Baş Gömrük İdarəsi 1-ci şöbənin böyük inspektorunun xx.xx.2025ci il tarixli raportundan görünür ki, Şəxs MMC tərəfindən ixrac edilən malların müqabilində müvəkkil bankın hesabına köçürülməli olan məbləğin köçürülməsi haqqında 3-33-3100/2- 000337/2025 nömrəli, xx.xx.2025-ci il tarixli bildiriş məktubla Şəxs MMC-nin ünvanına göndərilmişdir. Lakin Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Anar Cahangirov tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2024-cü il tarixində rəsmiləşdirilmiş müvafiq bəyannamələr üzrə ixrac edilmiş malların müqabilində vəsaitlərin onların bəyan edildiyi gündən etibarən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməməsi barədə 00800007 nömrəli bildiriş təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasına dair 00800007 nömrəli bildirişdən görünür ki, **********928 sorğu nömrəli gömrük bəyannamələri üzrə ixrac etdikləri malların müqabilində 4410 Avro (EUR) ekvivalentində olan vəsaitin bankda olan hesablarına köçürülməsi təmin edilməmişdir. xx.xx.2025-ci il tarixli Hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixində ödnəşinin təyinatı /ROC/30851002OP241858///URİ/REST OF Payment olmaqla 3649 Avro ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli Hesabdan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixində ödənişinin təyinatı ******* nömrəli müqavilə olmaqla 2373 Avro ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli Hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixində ödənişinin təyinatı AZA 600044 nömrəli müqavilə olmaqla 2357.5 Avro ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli Hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixində ödənişin təyinatı 600045 nömrəli müqavilə olmaqla 2273 Avro ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli Gömrük bəyannaməsindən görünür ki, AZA-600-044 nömrəli müqavilə üzrə 2 palet, 31 qutu, 248 kiloqram soyudulmuş qurbağa pəncələrinə münasibətdə 6076 Avro ödəniş edilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli Gömrük bəyannaməsindən görünür ki, AZA-600-045 nömrəli müqavilə üzrə 2 palet, 23 qutu, 180 kiloqram soyudulmuş qurbağa pəncələrinə münasibətdə 4410 Avro ödəniş edilməsi tərəflər arasında razılaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. 10 fevral 2017-ci il tarixli 1233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ixracda hesablaşmaları tənzimləyən Qaydaların 12-ci bəndinə hesablaşma üsulları ilə bağlı edilmiş dəyişikliklər nəticəsində dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışının yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilməsi kimi irəli sürülən tələblər aradan qaldırılmışdır. Yeni tələblərə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Həmin qərarda, həmçinin, göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, MMC-nin nümayəndəsinin iş materiallarında olan və məhkəmə iclasında verdiyi izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən xx.xx.2024-ci il tarixindən 01 may 2022-ci il tarixədək müddət ərzində rəsmiləşdirilən 05 avqust 2024-cü il tarixli **********8928 nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 4410 Avro məbləğində vəsait müvəkkil bankda olan hesaba köçürülmüşdür. Belə ki, AZA-600-044 nömrəli və AZA-600-045 nömrəli müqavilələr üzrə ödənilməli məbləğlər araşdırılarkən müəyyən olunur ki, AZA-600-044 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixində 3649 Avro ilkin olaraq avans məbləğində ödənilmiş, xx.xx.2024-cü il tarixində AZA 600-044 nömrəli müqavilə üzrə 2373 Avro məbləğində ödənilmiş, xx.xx.2025-ci il tarixində AZA 600-044 nömrəli müqavilə üzrə 2357.5 Avro, xx.xx.2024-cü il AZA 600-045 nömrəli 2273 Avro məbləğində ödənişlər olmuşdur. Qeyd olunan ödənişlərin ümumi məbləği ilə müqavilə üzrə ödəniş məbləğləri eynilik təşkil edir. AZA 600-044 saylı müqavilə üzrə ödənilməli məbləğ olan 6076 Avro təşkil etməsinə baxmayaraq, ödəniş məbləğlərinin cəmi daha çox miqdar təşkil edir. Bu səbəbdən tərəflər arasında bağlanmış növbəti müqavilə üzrə ödənilməli olan məbləğin daha az miqdar təşkil etməsi barəsində icraat aparılan şəxsin izahatlarında bildirdiyi hallarla üst-üstə düşür. Həmçinin görünür ki, hazırda barəsində icraat aparılan hüquqi şəxsə protokolun tərtib olunmasına əsas 4410 Avro məbləğində pulun onun müvəkkili olduğu banka köçürülməməsidir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, AZA 600- 045 nömrəli müqavilə üzrə 2273 Avro məbləğində pul vəsaiti onun müvəkkil olduğu banka köçürülmüşdür. Müqavilə üzrə ödənilməli digər məbləğ barəsində ödənişin digər AZA 600- 044 nörməli müqavilə üzrə ödənilməli məbləğdən artıq ödənilmiş məbləğə görə münasibətdə əvəzləşdirilməsi barədə tərəflərin razılaşması çıxış edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(057)-909/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-909/2025
05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver