Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-914/2023 20.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci il təvəllüdlü, Salyan rayonu, Cəngən kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 20 sentyabr 2023-cü il tarixli, MN № 1477071saylı inzibati xəta haqqında protokola baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 20 sentyabr 2023-cü il tarixli, MN № 1477071saylı saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-195/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs öhdəsində olan 1260 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, o, qətnamənin icrasından boyun qaçırmır. İcra məmuru onu çağırmamış, axtarılması barədə məlumatı olmamışdır. Ona qanunla müəyyən olunmuş qaydada vaxt veriləcəyi təqdirdə qətnaməni icra edəcəkdir. Ona görə də, hərəkətlərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında böyük icra məmuru X2 göstərmişdir ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-195/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs öhdəsində olan 1260 manat borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Borcluya məhkəmə bildirişi göndərməmiş, borclunun istifadəsində telefon işləmədiyi üçün onunla əlaqə saxlaya bilməmişdir. Borclunun barəsində axtarış verilmiş və axtarış nəticəsində tutulub icra şöbəsinə gətirilmişdir. Zərərçəkmiş şikayətçidir. Odur ki, verdiyi protokolu müdafiə edir. Məhkəmə prosess iştirakçılarını dinləyib işdəki sənədləri nəzərdə keçirərək belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, icra məmuru tərəfindən borcluya qanunla müəyyən qaydada bildiriş verilməmiş, borclunun icra sənədi barədə məlumatı olmamışdır.İcra məmuru icra sənədi barədə bildirişi borcluya 20 sentyabr 2023-cü ildə təqdim etmiş və icra üçün vaxt verməmişdir.Eyni zamanda icra məmuru borclunun axtarışı barədə qərarı da əsassız olmuşdur.Ona görə də məhkəmə belə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və həmin əsasla iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0-cü maddəsində qeyd olunmuşdur ki, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115-ci, 128-130cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №3(057)-914/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-914/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver