Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-914/2025 19.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Salyan rayonu Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Kərimbəyli kəndində kəndində qeydiyyatda olmaqla Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı və xx.xx.2025-ci il tarixli, MN 2196682-395 saylı inzibati xəta haqqında protokollarla Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN 2196682-395 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokollardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:00-da Salyan rayonu Qaraçala qəsəbəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə, saat 01:00 radələrində Salyan rayonu Qaraçala qəsəbəsində polis əməkdaşlarının yanında ünvansız söyüşlər söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X7 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Fuad Mirzəzadə məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan X1 Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X8 etdiyi, müraciət əsasında istintaq-əməliyyat qrupunun üzvləri, RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Elçin Mehdiyev, RPŞ-nin Növbətçi Hissəsinin sürücüsü, polis baş serjantı Eldəniz Əsgərov ilə birlikdə qeyd olunan ünvana getmişlər. Ünvanda olan zaman bir nəfər şəxsin spirtli içkinin təsiri altında küçədə ucadan, ünvansız nalayiq ifadələr işlədərək ətrafdakı şəxsləri narahat etdiyini, münaqişə yaratdığını görmüşlər. Bu səbəbdən onlar həmin şəxsə qanunları izah edib nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs sözlərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərinə davam etmişdir. Bu səbəbdən onlar onu rayon polis şöbəsinə gətirmək istəmişlər. Bu zaman həmin şəxs ünvanlarına nalayiq ifadələr işlədib Növbətçi Hissənin “Chevrolet” markalı ** PX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin sağ arxa şüşəsini yumruqla vurub sındıraraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də həmin şəxs tərəflərindən rayon polis şöbəsinə gətirilmişdir. Rayon polis şöbəsinin Növbətçi Hissəsində həmin şəxsin Salyan rayon Qaraçala qəsəbəsində yaşayan, xx.xx.1994-cü il təvəllüdlü Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hadisə zamanı spirtli içginin təsiri altında olduğundan heç nə xatırlamadığını bildirmiş, lakin ona verilən suallara cavab olaraq qeyd olunan maddələr üzrə özünü təqsirli bildirmişdir. Şəxs polis şöbəsində izahat verən zmaan bildirmişdir ki, o xx.xx.2025-ci il tarixdə axşam saatlarında dostları ilə yeyib içib yaşadığı evə getmişdir.O, spirtli içkini çox qəbul etmişdir.X5 gördükdə onu söyüb təhqir etmiş və onunla aralarında münaşiqə yaranmışdır. Təxminən saat 00:45 radələrində Salyan RPŞ-nin əməkdaşlarını onun yaşadığı ünvana gəlmişlər, həmin vaxt o içkinin təsiri altında olduğundan öz hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları onu nizam intizama dəvət etsələrdə o, öz hərəkətlərinə davam edib ünvansız söyüşlər söymüşdür. Bir neçə nəfər polis əməkdaşları onu sakit və təmkinli olmağa dəvət etsələr də, o öz hərəkətlərinə davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Polislər sonradan onu Salyan RPŞ-nə gətirmişlər. Hazırda etdiyi əməlin qanun pozuntusu olmasını bildiyini, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyinə dair söz verdiyini bildirmişdir. Odur ki, barəsində qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Fuad Mirzəzadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan X1 Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X8 etdiyi, müraciət əsasında istintaq-əməliyyat qrupunun üzvləri, RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Elçin Mehdiyev, RPŞ-nin Növbətçi Hissəsinin sürücüsü, polis baş seriantı Eldəniz Əsgərov ilə birlikdə qeyd olunan ünvana getmişlər. Ünvanda olan zaman bir nəfər şəxsin spirtli içkinin təsiri altında küçədə ucadan, ünvansız nalayiq ifadələr işlədərək ətrafdakı şəxsləri narahat etdiyini, münaqişə yaratdığını görmüşlər.Bu səbəbdən onlar həmin şəxsə qanunları izah edib nizam-intizama dəvət etmişlər.Lakin həmin şəxs sözlərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərinə davam etmişdir. Bu səbəbdən onlar onu rayon polis şöbəsinə gətirmək istəmişlər.Bu zaman həmin şəxs ünvanlarına nalayiq ifadələr işlədib Növbətçi Hissənin “Chevrolet” markalı ** PX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin sağ arxa şüşəsini yumruqla vurub sındıraraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də həmin şəxs tərəflərindən rayon polis şöbəsinə gətirilmişdir. Rayon polis şöbəsinin Növbətçi Hissəsində həmin şəxsin Salyan rayon Qaraçala qəsəbəsində yaşayan, xx.xx.1994-cü il təvəllüdlü Şəxs olduğu müəyyən olunmuşdur. Şəxs xx.xx.2025-ci il tarixdə Salyan RPŞ-nə verdiyi izahatdan görünür ki, o, xx.xx.2025-ci il tarixdə axşam saatlarında dostları ilə yeyib içib yaşadığı evə getmişdir.O, spirtli içkini çox qəbul etmişdir. X6 gördükdə onu söyüb təhqir etmiş və onunla aralarında münaşiqə yaranmışdır. Təxminən saat 00:45 radələrində Salyan RPŞ-nin əməkdaşlarını onun yaşadığı ünvana gəlmişlər, həmin vaxt o içkinin təsiri altında olduğundan öz hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları onu nizam intizama dəvət etsələr də o, öz hərəkətlərinə davam edib ünvansız söyüşlər söymüşdür. Bir neçə nəfər polis əməkdaşları onu sakit və təmkinli olmağa dəvət etsələrdə lakin, o öz hərəkətlərinə davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Polislər sonradan onu Salyan RPŞ-nə gətirmişlər. xx.xx.2025-ci il tarixli AZA № 011112 saylı “şəxsi axtarış və fizki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, Şəxs üzərindən heç bir əşya aşkar edilməmişdir. Salyan RPŞ-nin məsul növbətiçisi polis mayoru Elman Qasımovun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixli 23:59-da Azərbaycan Respublikası DİN-in 102 xismətindən daxil olan, ********** nömrəli raportda Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan Hüseynova ***-***-**-** nömrədən zəng edərək yaşadığı ünvanda qonşusu ilə münaşiqəsi olmasını bildirmişdir. X1 Salyan RPŞ-nə ünvanladığı ərizəsindən görünür ki, o, qonşusu Şəxs spirtli içkinin təsiri altında onun yaşadığı evə gələrək onu narahat etdiyini bildirmişdir. Onun barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2025-ci il tarixdə saat 01:00-da Salyan rayonu Qaraçala qəsəbəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır xx.xx.2025-ci il tarixdə, saat 01:00 radələrində Salyan rayonu Qaraçala qəsəbəsində polis əməkdaşlarının yanında ünvansız söyüşləri söyərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq inzibati xətasını törətmişdir. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdən saat 01:40-da inzibati qaydada tutulmuşdur xx.xx.2025-ci il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Salyan rayonu Qaraçala qəsəbəsində xırda xuliqanlıq edərək ictimai qaydanı pozmuş, polis əməkdaşlarının yanında ünvansız söyüşlər söymüş, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa o, nizam-intizama dəvət edildikdə isə öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İXM 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 19 avqust 2025-ci il tarixdən, saat 01:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(057)-914/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-914/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver