Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-918/2024 23.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən Salyan rayonu Qarabağlı Bələdiyyəsinin sədri vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3cü maddələri ilə inzibati icraatın başlanması barədə qərara və ona əlavə olunmuş sənədlərə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən vəzifəli şəxs Şəxs barəsində daxil olmuş 06 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə inzibati icraatın başlanması barədə qərardan görünür ki, vəzifəli şəxs Şəxs - Salyan rayonu Qarabağlı bələdiyyəsinin sədri vəzifəsində işləyən -“Yaşıllıqların mühafizəsi haqqında” xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinin, həmçinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli Fərmanının 3.2-ci bəndin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 1.5, 2.3-2.9 və 3.7-ci bəndlərinin tələblərinə əsasən, Hacıqabul rayonu Ələtli bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqların uçotu və monitorinqi müvafiq qaydada aparılaraq məlumatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməli olduğu halda, qeyd olunan qanunvericilik aktlarının tələblərinə riayət etməyərək, bələdiyyənin balansında olan yaşıllıqların 2023-cü ildə uçotu və monitorinqinin aparılmasını təşkil etməmiş və müvafiq metodika əsasında hazırlanmalı olan məlumatların uçotunu aparmamış, uçota alınan yaşıllıqlar barədə məlumatları hər il yanvarın 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20dək təsdiq edilmiş kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatları isə hər il yanvarın 1nə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş yaşıllıqların uçotunun və monitorinqinin aparılması qaydasının pozulması, yəni mövcud yaşıllıqların uçota alınmaması və yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi inzibati xətalarını törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati qərar qəbul etmiş Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi, Elnur Musayevin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. Məhkəmədə elan olunmuş Şəxs Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən kənar İcraatlar İdarəsində xx.xx.2024-cü il tarixdə verdiyi izahatının ksero surətindən görünür ki, bələdiyyənin ərazisinə Salyan rayonunun Qarabağlı, Təzəkənd, Gomuşlu, Kolanı kəndləri daxildir. Bələdiyyə sədri kimi vəzifələrinə həmçinin bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini həyata keçirmək və bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmağın aid edildiyini bilir. Bununla bağlı hər il Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bələdiyyəyə məktub daxil olur. 2023-cü il üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahəsində mövcud olmuş yaşıllıqların uçotu və monitorinqinin aparılması tərəfindən təşkil edilməmiş və uçota alınan yaşıllıqlar barədə məlumatlar 2024cü ilin yanvar ayının 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20-dək yaşıllıqların kadastrını aparan orqana, yəni Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməmişdir. Əvvəlki illərdə o yaşıllıqlar barədə məlumatları təqdim etmişdir. 2024-cü ildə bu barədə məlumatları təqdim etməməsinə səbəb öz səhlənkarlığı olmuşdur. Gələcəkdə daha diqqətli olmaqla, yaşıllıqların uçotu və monitorinqinin aparılmasını təşkil edərək məlumatları vaxtında təqdim edəcəkdir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə məktubla müraciət edərək Salyan rayonu Qarabağlı bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqlar barədə məlumatları 2024-cü il yanvarın 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20-dək təsdiq edilmiş kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatları isə hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməmişdir. Həmçinin, Salyan rayon Qarabağlı Bələdiyyəsinin sədri Şəxs xx.xx.2024-cü il tarixli izahatında 2023-cü il üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahəsində mövcud olmuş yaşıllıqların uçotu və monitorinqinin aparılması tərəfindən təşkil edilməmiş, uçota alınan yaşıllıqlar barədə məlumatlar 2024-cü ilin yanvar ayının 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20-dək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməməsinin səbəbi kimi öz səhlənkarlığını göstərmişdir. İşin mübahisəsiz halıdır ki, Salyan rayonu Qarabağlı bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqlar barədə bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqlar barədə məlumatlar 2024-cü il yanvarın 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20-dək təsdiq edilmiş kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatları isə hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 54.2-ci maddəsinə əsasən bu Məcəllənin 158.4, 162-1, 184.4, 184.5, 184.8, 184.17 (səlahiyyətlərinə aid edilmiş inzibati xətalara münasibətdə), 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 249, 284.2, 339.2- 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 531, 538-1.4 -538- 1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594- 2, 595.2, 596, 601, 602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 253-1.1.1-ci maddəsində qeyd olunmuşdur ki, mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. 253-1.1.3-cü maddəsində qeyd olunmuşdur ki, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Salyan rayonu Qarabağlı Bələdiyyəsinin sədri Şəxs İXM-nin 253-1.1.1 və 253.1.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Salyan rayonu Qarabağlı Bələdiyyəsinin sədri Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-in 32-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253.1.1.3-cü maddələri ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Salyan rayonu Qarabağlı Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253.1.1.3-cü maddələri ilə təqsirli bilinsin, barəsində 1000 (bir min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-918/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-918/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver