Məhkəmə qərarları › İş №3(057)-919/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-919/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-919/2024 25.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Salyan rayonu, P.Gəncəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Salyan rayonu Parça Xələc bələdiyyəsinin sədri, Salyan rayonu, P.Gəncəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olan inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə materiallardan görünür ki, Şəxs - Salyan rayonu Parça Xələc bələdiyyəsinin sədri vəzifəsində işləyərkən “Yaşıllıqların mühafizəsi haqqında” xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsi, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli Fərmanının 3.2-ci bəndin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 1.5, 2.3-2.9 və 3.7-ci bəndlərinin tələblərinə əsasən, Salyan rayonu Parça Xələc bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqların uçotu və monitorinqi müvafiq qaydada aparılaraq məlumatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməli olduğu halda, qeyd olunan qanunvericilik aktlarının tələblərinə riayət etməyərək, bələdiyyənin mülkiyyətində olan yaşıllıqların 2023-cü ildə uçotu və monitorinqinin aparılmasını təşkil etməmiş və müvafiq metodika əsasında hazırlanmalı olan məlumatların uçotunu aparmamış, uçota alınan yaşıllıqlar barədə məlumatları hər il yanvarın 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20dək təsdiq edilmiş kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatları isə hər il yanvarın 1nə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş yaşıllıqların uçotunun və monitorinqinin aparılması qaydasının pozulması, yəni mövcud yaşıllıqların uçota alınmaması və yaşıllıqların uçotu və monitorinqi haqqında mölumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi inzibati xətalarını törətmişdir. Qeyd olunanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-14-42/2-336/2024 nömrəli məktubla, Şəxs izahatı ilə sübut olunur. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-14-42/2-336/2024 nömrəli məktubdan görünür ki, Salyan rayonu Parça Xələc bələdiyyəsi tərəfində bələdiyyə mülkiyyətində olan torpaq sahələrində olan yaşıllıqlarla bağlı məlumatlar 2023-ci il üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməmişdir. Yəni həmin ərazi üzrə uçota alınmalı olan yaşıllıqlar barədə məlumatlar 2024-cü il yanvarın 1-nə ümumiləşdirilməmiş, hesabatlar tərtib olunmayaraq 2024-cü il fevralın 20-dək təsdiq edilməmiş, həmin məlumatlar kağız və elektron daşıyıcılarda, eləcə də yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatlar 2024-ci il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirilməmiş, uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikası Ekologiya vəTəbil Sərvətlər Nazirliyinə təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixli, Şəxs izahatı protokoldan görünür ki, bələdiyyənin mülkiyyətində olan yaşıllıqların 2023-cü ildə uçotu və monitorinqinin aparılmasını təşkil etməmiş və uçota alınan yaşıllıqlar barədə məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməmişdir. Buna səbəb öz səhlənkarlığı olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumat olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 2531.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş xətaların əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 2019-cu ildə keçirilmiş bələdiyyə seçkiləri zamanı Salyan rayon Parça Xələc bələdiyyəsinə üzv seçilmişdir. Həmin vaxtdan bələdiyyənin sədri vəzifəsində işləyir. Bələdiyyənin ərazisinə rayonun Seyran və Parça Xələc kəndləri daxildir. Bələdiyyə sədri kimi vəzifələrinə, həmçinin bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini həyata keçirmək və bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaqdır. Bununla bağlı hər il Azərbaycan Respublikası Ekologiya və Təbil Sərvətlər Nazirliyindən bələdiyyəyə məktub daxil olur. Qeyd etmişdir ki, 2023-cü il üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahəsində mövcud olmuş yaşıllıqların uçotu və monitorinqinin aparılması tərəfindən təşkil edilməmiş və uçota alınan yaşıllıqlar barədə məlumatlar 2024-cü ilin yanvar ayının 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20-dək yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməmişdir. Əvvəlki illərdə o, yaşıllıqlar barədə məlumatları təqdim etmişdir. 2024-cü ildə bu barədə məlumatları təqdim etməməyinə səbəb ailə üzvlərindən birinin xəstə olması, öz səhlənkarlığı olmuşdur. Gələcəkdə daha diqqətli olmaqla, yaşıllıqların uçotu və monitorinqinin aparılmasını təşkil edərək məlumatları vaxtında təqdim edəcəyini bildirərək barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Salyan rayonu Parça Xalac bələdiyyəsinin sədri vəzifəsində işləməklə vəzifəli şəxs kimi bələdiyyə ərazisində yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları müvafiq icra hakimiyyəti orqanına, yəni Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hər il yanvar 1nə ümumiləşdirərək, fevral ayının 20-də təsdiq edərək kağız və elektron daşıyıcılarda, yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatları isə hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməli olduğu halda həmin məlumatları təqdim etməmiş, bununla da, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXMnin 253-1.1.1 və 253-1.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Buna görə də, Şəxs həmin maddələr ilə təqsirli bilinərək onun barəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72.3-ci maddəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, bu Məcəllənin 158.4, 162-1, 184.4, 184.5, 184.8, 184.17 (səlahiyyətlərinə aid edilmiş inzibati xətalara münasibətdə), 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516- 1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528- 1.3, 531, 538-1.4 - 538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594-2, 595.2, 596, 601, 602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 253-1.1.1 və 253-1.1.3-cü maddələrinə əsasən, mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına və yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. Yaşıllıqların mühafizəsi sahəsində yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək, yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq, mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq, yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək, müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq, ərazisində olan yaşıllıqların genişləndirilməsi məqsədi ilə həvəsləndirmə tədbirləri müəyyənləşdirib həyata keçirmək bələdiyyələrin vəzifələrinə aiddir. “Yaşılllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 217 nömrəli Qərarına əsasən uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvar 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dən təsdiq edilərək kağız və elektron daşıyıcılarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253- 1.1.1 və 253-1.1.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar