Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-920/2025 25.12.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X10 Xidməti 4 saylı X2 nümayəndəsi X5 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.2 və 264.0.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X10 Xidməti 4 saylı X1 daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X10 Xidməti 4 saylı X1 məhkəməyə daxil olmuş MN № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan rayon İ Varlı kəndi ərazisində çəltik bitksinin suvarılması zamanı sudan israfçılıqla istifadə etmiş və SK kollektorunun mühafizə zonasına müdaxilə edərək boru yerləşdirilmiş. Nəticədə Su Məcəlləsinin 82 və 103-cü maddələrinin tələbini pozmuşdur. 21 iyul 2025-ci il tarixli, № 000803 saylı aktdan çəkilmiş fotoşəkillər və video ilə təsdiq edilmişdir. Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X10 4 saylı X2 böyük məsləhətçisi X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.2 və 264.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən Şəxs barəsində toplanmış inzibati xəta haqqında materialı baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.2 və 264.0.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddə ilə təqsirli olması sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan Suların İstifadəsinə və X10 Xidmətinin 4 saylı X2 rəisi X20 Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli qərarı ilə Salyan rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün Salyan rayon Məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsaslanaraq, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X11 izahatında bildirmişdir ki, Suların İstifadəsinə və X10 Xidmətinin 4 saylı X4 daxil olmuş monitorinq qrafikinin icrasının təmin edilməsi və xx.xx.2025-ci il tarixli əmrin icrası ilə əlaqədar həyata keçirilən monitorinq zamanı İ Varlı kəndi ərazisində əkilmiş çəltik sahəsinin suvarılmasından artıq qalan suların Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin xidmət sahəsinə aid olan SK kollektorunun berma hissəsinə müdaxilə olunaraq yerləşdirilmiş 150 mm plastik boru ilə kollektora axıdılması faktı müəyyən olunmuşdur. Bununla bağlı Salyan rayon Yolüstü bələdiyyəsinə və Qaraçala-SİB-ə torpaq sahəsinin kimə məxsus olması ilə bağlı sorğu edilmiş, sorğuya cavab olaraq Şahid1 mülkiyyətində olan həmin sahənin Şəxs istifadəsində olduğu bildirilmişdir. Bununla bağlı Şəxs barəsində protokol tərtib olunmuşdur. İnzibati xətaya dair tərtib olunmuş protokolun əsaslı olduğunu qeyd edərək təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə baxışı zamanı məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xətaya dair protokol tərtib olunmuş Şəxs izahat verərək bildirdi ki, həmin ərazi Dilavər adlı şəxsə məxsusdur. Dilavərlə aralarında olan razılıq əsasında aprel ayında həmin sahəni Dilavərdən təhvil almış, may ayının 21-də çəltik əkmiş, 3-4 gün sonra həmin yeri sulamış, lakin sahə məhsuldar olmadığından həmin sahəni tərk etmiş və bu barədə iyun ayında Dilavərə məlumat vermişdir. Qaraçala-F SİB-in məhktubunda həmin ərazinin 2 dəfə suvarılması qeyd olunsa da, bildirmişdir ki, həmin sahə ümumilikdə 5 hektardır. 3 hektarı Şahid1, 2 hektarı isə digər kənd sakini Baloğlanov Qüdrətə məxsusdur. Vegetasiya dövründə öz istifadəsində olan 3 hektar bir dəfə, Baloğlanov Qüdrətə məxsus olan 2 hektar sahə də bir dəfə olmaqla, ümumilikdə 2 dəfə suvarılmışdır. İyun ayında artıq torpaq sahəsini mülkiyyətçisi Dilavərə geri qaytardığından, protokol tərtib olunarkən həmin sahə onun istifadəsində olmadığından, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun əsassız olduğunu qeyd edərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə baxışı zamanı məhkəmə iclasında iştirak etmiş Şahid1 bildirmişdir ki, sözügedən sahə həqiqətən də ona məxsusdur. Həmim sahəni hamarlanması üçün yaz aylarında, təxminən aprel ayında Umuda əkib-becərməyə vermişdir. Umud həmin yerə çəltik əkmiş, lakin yer şor olduğundan məhsul çıxmamışdır. Təxminən iyun ayında Umud ona zəng edərək, sahə məhsuldar olmadığından həmin sahəni tərk etdiyini bildirmişdir. Həmin vaxtdan sahə boş qalmış, əkilməsi üçün heç kəsə verməmiş, özü də istifadə etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X7 dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 262.2.2 və 264.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmış, buna görə də onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; Suların İstifadəsinə və X10 Xidməti 4 saylı X2 11 nörməli 21 iyul 2025-ci il tarixli Sərəncamı ilə müəyyən olunur ki, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin 2024-cü il 23 dekabr tarixli FƏ 63 saylı əmri ilə təsdiq edilmiş Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X10 Xidmətinin regional bölmələrinin Əsasnaməsi ilə müəyyən olunmuş hüquq və vəzifələrin həyata keçirilməsi və bununla bağlı Su qanunvericiliyinin tələblərinə əməl olunması haqqında araşdırma aparmaq məqsədi ilə 4 saylı Şirvan – X14 müavini X9 və böyük məsləhətçi- müfəttiş X8 tapşırılmışdır. Salyan rayonu ərazisində 5 gün müddətində Su qanunvericiliyinin tələblərinə əməl olunması haqqında araşdırma aparılması qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, 000803 nömrəli, 21 iyul 2025-ci il tarixli akt və toplanılmış material üzrə Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılması qərara alınmışdır. Qaraçala-F SİB-in sədri Şahid2 tərəfindən Suların İstifadəsinə və X10 Xidməti 4 saylı X4 ünvanlanmış məktubdan görünür ki, Salyan rayonu İ Varlı kənd ərazisində Şahid1 mülkiyyətində olan 3.12 ha torpaq sahəsi Şəxs tərəfindən çəltik bitkisi ilə əkilmişdir və Qaraçala-F SİB ilə müqavilə bağlanmışdır. Həmin sahə vegetasiya dövründə iki dəfə su ilə təmin edilmişdir. Azərbaycan Respublikası Salyan rayon Yolüstü Bələdiyyəsinin 18 avqust 2025-ci il tarixli, 65 nörməli məktubu ilə Azərbaycan Dövlət Su X3 İstifadəsinə və X10 Xidməti 4 saylı X2 rəisinə ünvanlanmış məktubdan görünür ki, Salyan rayon İ Varlı kənd sakini Şəxs çəltik bitkisi əkdiyi sahə Şahid1 məxsus olan 3.12 ha pay sahəsidir. 21 avqust 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Salyan rayon İ Varlı kəndi ərazisində çəltik bitksinin suvarılması zamanı sudan israfçılıqla istifadə etmiş və SK kollektorunun mühafizə zonasına müdaxilə edərək boru yerləşdirmişdir. Nəticədə Su Məcəlləsinin 82 və 103-cü maddələrinin tələbini pozmuşdur. 21 iyul 2025-ci il tarixli, № 000803 saylı aktdan çəkilmiş fotoşəkillər və video ilə təsdiq edilmişdir. Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X10 Xidməti 4 saylı X2 xx.xx.2025-ci il tarixli, № 000803 saylı aktından görünür ki, sərəncamının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilən nəzarət tədbirləri zamanı Salyan rayonunun Düzənlik və Varlı kəndləri ərazisində əkin təyinatlı torpaqlarda ayrı-ayrı şəxslər tərəfindən əkilən çəltik sahələrinə Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin sahə rəisi, X12 iştirakı ilə keçirilən baxış zamanı suda israfçılıqla istifadə edilməsi, su təsərrüfatı qurğusunun zədələnməsi və onların istismar qaydasının pozulması faktları aşkar edilmişdir. Belə ki, Salyan rayonunun Varlı kəndi ərazisində Salyan rayon Kürsəngi kənd sakini Ədilov isgəndər Əlisgəndər oğlunun mülkiyyətində olan 2,9 ha torpaq sahəsinə əkdiyi çəltik bitkisinin suvarılması zamanı əkin sahəsinin bir hissəsinə böyük həcmdə su kütləsi toplanaraq su ehtiyatlarından israfçılıqla istifadə olunması faktı aşkar edilmişdir. Bununla əlaqədar İ.Ədilov çəltik bitkisinin bol su ilə suvarıldığına və suyun nəzarətsiz qalması səbəbindən ətraf ərazisinin su altında qalmasına dair izahat vermişdir. Bundan başqa Salyan rayon Yolüstü kənd sakini X15 istifadəsində olan 9 ha çəltik sahəsinə keçirilən baxış zamanı da su ehtiyatlarından israfçılıqla istifadə olunması faktı aşkar olundu. A.Abasov da suyun çox miqdarda gəlməsindən xəbərsiz olduğundan digər ərazilərin su kütləsi altında qalmasına dair izahat vermişdir. Həmçinin İ Varlı kəndi ərazisində əkilmiş çəltik sahəsinin suvarılmasından artıq qalan suların Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin xidmət sahəsinə aid olan SK kollektorunun berma hissəsinə, müdaxilə olunmaqla yerləşdirilmiş 150 mm plastik boru ilə kollektora axıdılması faktı müəyyən edilmişdir. Tərəflərindən aparılan araşdırma ilə torpaq sahəsinin istifadəçisinin Salyan rayon İ Varlı kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli qərarına əsasən qeyd edilən sübutların məsmusu ilə müvafiq torpaq sahəsinin Şəxs tərəfindən icarəyə götürüldüyü, orada çəltik əkildiyi, çəltik sahəsinin onun tərəfindən iki dəfə suvarıldığı təsdiq olunsa da, birinci instansiya məhkəməsi səhv qənaətə gələrək Şəxs inzibati xəta törətməkdə təqsirinin sübuta yetmədiyini qeyd etmişdir. Bundan başqa, səlahiyyətli orqanın nümayəndələri birinci instansiya məhkəmə icraatı zamanı Şəxs əkdiyi çəltik sahəsinin suyun altında qalmasını təsdiq edən videogörüntüləri məhkəməyə təqdim etdiklərini və həmin görüntülərin məhkəmə iclasında tədqiq edildiyini təsdiq etmişlər. Lakin, həmin videogörüntülər iş materiallarında aşkar edilməmiş, bu səbəbdəm səlahiyyətli orqanın nümayəndələri həmin videogörüntülərin əks olunduğu CD diski yenidən məhkəməyə təqdim etmişlər. Təqdim olunmuş CD disk tədqiq olunan zaman inzibati xətanın Şəxs tərəfindən törədilməsi müşahidə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 262.2.2-ci maddəsinə əsasən, sudan özbaşına istifadə edilməsinə, yəni su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 264.0.3-cü maddəsinə əsasən, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şŞəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 264.0.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.2-ci və 264.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №3(057)-920/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-920/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver