Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-923/2025 22.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri H.Əliyev küçəsində ümumi çəkisi 2.53 qram olan marixuananı əldə edib üzərində daşımışdır. Həmin faktla bağlı Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN 2196685/398 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 22 avqust 2025-ci il tarixdə Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 olunmuş protokolu müdafiə edərək Şəxs barəsində hər hansı tənbeh verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, Biləsuvar rayonu Ağalıkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti ev 49, mənzil 14-də yaşayır. O, müəyyən vaxtlarda narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Bildirmişdir ki, təxminən bir ay bundan əvvəl Bakı şəhəri Nizamı rayonu 8-ci kilometr qəsəbəsi ərazisindən keçərkən yerdəki sellofan büküm diqqətini cəlb etmişdir. Əyilib həmin bükümü yerdən qaldırıb içərisinə baxdıqda orada “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin maddədən istifadə etdiyi üçün marixuananı götürüb özündə saxlamışdır. 06 iyun 2025-ci il tarixdə idarə etdiyi Hyundai Elantra markalı, **-MH- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar rayonundan Bakı şəhərinə qayıtmışdır. Salyan rayonu ərazisindən keçərkən rayonun içərisinə daxil olmuşdur. Həmin gün saat 13:00 radələrində rayon ərazisində hərəkətdə olarkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin maddədən heç kimə verməmiş, satmamış və satış məqsədi olmamışdır. İlk dəfə inzibati xəta törətdiyini, törətdiyi əməldən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma nəticəsində toplanmış materialda Şəxs əməlində cinayət tərkibi aşkar olunmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilməsi, araşdırma nəticəsində Şəxs qanunsuz olaraq 2,53 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan az miqdarda əldə edib üzərində saxlayaraq daşımasına görə əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə göndərilsin. Araşdırma zamanı Şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 2,51 qram narkotik vasitə qurudulmuş marixuananın saxlanılmasından ötrü Salyan RPŞ-nin göndərilməsi, araşdırma zamanı Şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 2,51 qram narkotik vasitə qurudulmuş marixuananın saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 06 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs şübhəli şəxs qismində 06 iyun 2025-ci il tarixdə saat 13:18 dəqiqədə Salyan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. AR Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X7 Yoxlamanın xx.xx.2025-ci il tarixli 315 № saylı rəyinə əsasən Şəxs psixi və fizki aslılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. AR Ədliyyə Nazirliyinin Məhkəmə X4 Regional Bölməsinin xx.xx.2025-ci il tarixli, 18/435 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.....” sözlər və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 2.53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik madde olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuanın təmiz çəkisi – 2.53 qram, tədqiqata sərf olundu – 0.02 qram, qalıq – 0.51 qram. “Şəxsi vəziyyətindən çıxarılma və müvəqqəti saxlama yerindən azad edilmə haqqında” 07 iyun 2025-ci il tarixli qərardan görünür ki,törədilmiş əməldə cinayət tərkibi aşkar olunmadığından şübhəli şəxs Şəxs şübhəli şəxs vəziyyətindən çıxarılması və Salyan RPŞ-nin müvəqqəti saxlama yerindən azad olunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 37.1-ci maddəsinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.4-cü maddəsinə əsasən, şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 115.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda, o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş tənbeh ədalətli olmamaqla işin hallarına və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətinə uyğun olmaz, inzibati tənbehin məqsədləri təmin edilə bilməz. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 2,51 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün qərarın surəti Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına göndərilsin. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 2,51 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-923/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-923/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver