Məhkəmə qərarları › İş №3(057)-929/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-929/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-929/2025 28.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs “Vaz 2101 minik” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətdiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə tərtib olunmuş EQ/26232966 və EQ/26277893 saylı inzibati xətalar haqqında protokollar əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli cərimə növündə inzibati tənbeh etmə haqqında qanuni qüvvəyə minmiş qərarı qanunla müəyyən olunmuş müddət ərzində heç bir əsaslı səbəb olmadan icra etməmişdir. Həmin faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* və İXP ******* saylı inzibati xətalar haqqında protokollar tərtib olunaraq xx.xx.2025ci il tarixli məktubla baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. “Elektron məhkəmə informasiya sistemi”ndən çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının İXM-nin 53.0.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öldüyündən onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs öldüyündən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar