Məhkəmə qərarları › İş №3(057)-931/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-931/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-931/2024 26.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin barəsində qəbul etdiyi TP № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin polis baş leytenantı X4 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 16 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 məhkəməyə şikayət verərək barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, DİN Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Bu protokol tamamilə əsassız tərtib edilmişdir. Belə ki, İXM-nin 343.1-ci maddəsi ilə tərtib edilmiş bu protokol guya onun sərxoşluq müayinəsindən yayınması ilə bağlı olmuşdur. Lakin bildirir ki, həmin vaxt o, ümumiyyətlə sərxoş olmamış, sərxoşluq müayinəsindən yayınmamışdır. Bu həmin polis işçilərinin yaxasında olan audio-video müşahidə cihazından da görünür. Sərxoş olmaması barəsində Respublika Narkoloji Mərkəzi PHŞ-nin ******* saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu vardır. Həmçinin bildirir ki, polis əməkdaşları tərəfindən dəfələrlə müraciət etməsinə baxmayaraq barəsində tərtib olunmuş inzibati vermə haqqında TP ******* saylı qərarın surəti ona verilməmişdir. Göründüyü kimi həmin polis əməkdaşları qeyd edilən normalara əməl etməyərək tərtib etdikləri bu inzibati xəta haqqında protokol tamamilə əsassızdır. Bildirir ki, onlar normalarda göstərildiyi kimi video və audio müşahidə cihazlarından istifadə etməmiş, alkotesterdən heç bir əsas olmadan istifadə etmək istədiklərində isə onlardan həmin cihazın işlək vəziyyətdə olması ilə bağlı müəyyən sənəd tələb etdikdə təqdim etməmişlər, xəstəxanada ondan qeyd edilən kimi bioloji maye əldə etməyərək akt tərtib etmək istəmişdirlər. Daha sonra özü həmin tibb müəssisəsinə müraciət edərək sərxoş olmaması barədə protokol almışdır. Həmçinin inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarı xx.xx.2024-cü il tarixində şikayətlərindən sonra yenidən yol polisi şöbəsinə yaxınlaşaraq almışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 verdiyi şikayət ərizəsinə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 21 iyul 2024-cü il tarixdə saat 01:25 dəqiqədə idarə etdiyi “Chevrolet Malibu minik” markalı **-FO- *** dövlət qeydiyyat nişanlı avtomobillə “Qələbə” dairəsinin yaxınlığında hərəkətdə olarkən Yol polis əməkdaşları ona dayanmağa göstəriş vermişlər, o avtomobili saxladıqdan sonra polis əməkdaşı ona spirtli içki qəbul etdiyini deyərək alkotester gətirmişlər. O özünə güvəndiyi üçün alkotesteri üfləməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən Nizami metrostansiyasının yaxınlığında yerləşən “Respublika Narkoloji Mərkəzə” aparmışlar, orada da şöbə müdiri olmadığı üçün qan analizi götürmək mümkün olmadığından yenidən polisin alkotesteri gətirildiyi üçün üfləməmişdir. Yol polisi əməkdaşı post patrul xidməti çağırmışdır. Lakin patrul xidməti gələrək onun “102” Zəng Xidməti ilə danışdığını gördüyü üçün onu polis şöbəsinə aparmamışlar. Bundan sonra polis əməkdaşları ordan çıxıb getmişlər. O, isə müayinə olmuş və bu barədə ona ******* nömrəli arayış verilmişdir. Həmin arayışdan görünür ki, ayıq olmuş və onda alkoqol qəbulu əlamətləri olmamışdır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, X5 həmin tarixdə ayıq olmuşdur (müayinənin vaxtı saat 01:43). İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-847/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, X3 inzibati xəta haqqında protokoldan verdiyi şikayətin icraata qəbul edilməməsi və ona geri qaytarılması qərara alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 20-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər; 83-cü maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 343.1-ci maddəsinə əsasən bu məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. 75.0.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 76.2-ci maddəsinə əsasən bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında araşdırma zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, X5 həmin tarixdə ayıq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla X3 Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ziddiyyətli olmaqla onun sərxoş olmasını şübhə altına alır, buna görə də məhkəmə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək, şəxsin təqsirsiz olması və onun əməlində İXM-in 343.1-ci maddəsinin tərkibinin olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, X5 barəsində Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “inzibati tənbeh tətbiq edilməsi haqqında” qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114.2.1, 115 və 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşı X2 tərtib etdiyi TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar