Məhkəmə qərarları › İş №3(057)-932/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-932/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-932/2024 02.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X15 oğlunun katibliyi, DƏMX-nin X5n baş əmək X1 iştirakı ilə, DƏMX-nin Şirvan-Salyan regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli saylı qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: DƏMX-nin Şirvan-Salyan regional şöbəsi tərəfindən X11 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli nömrəli qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 Rayon Məhkəməsinə şikayət edərək xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Salyan rayonu, Həsənli kəndində yaşayır və özü hal-hazırda Salyan rayonu Yenikənd kəndində yerləşən tam orta məktəbinin direktor əvəzi vəzifəsində çalışır. Onun barəsində X9 Xidmətinin Şirvan X10n tərtib etdiyi inzibati xəta haqqında protokol və cərimənin tətbiq oluması barədə qərardan narazıdır və hesab edir ki, şikayəti əsasında həmin protokol və qərar ləğv olunmalı və əməlində inzibati xəta haqqında hadisə və inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Eyni zamanda, onun Əmək Müfəttişiyini onun barəsində çıxartmış olduğu inzibati xəta haqqında protokol və inzibati xətaya dair cərimənin şərti olaraq, tətbiq oluması barədə 1 avqust 2024-cü il tarixli qərarıdan məlumatı və xəbəri olmayıb və Əmək Müfəttişliyi tərəfindən həmin qərar və protokol ona nə rəsmi, nə də qeyri rəsmi qaydada göndərilməmiş və təqdim edilməmişdir. O, həmin protokol və qərardan məhkəmə iclasında qarşı tərəfin vəkili həmin protokol qərarı elan edərkən məlumatı olmuşdur və həmin protokol və qərarın surəti məhkəmənin elektron sistemindən çıxarılıb ona təqdim edilmiş və bu səbəbdən də o, hal-hazırda şikayət etməli olmuşdur. X9 Xidmətinin X5 rəisi Anar Xıdırov və müfəttişləri tərəfindən ona qarşı ədalətsizliyə və haqsızlığa yol verilmişdir. Onun qanunla qorunan hüquqları Müfəttişlik tərəfindən kodub şəkildə pozulmuşdur və Əmək Müfəttişliyi tərəfindən barəsində verilmiş qərar və protokol kobud pozuntularla verilmiş nəticədir və hesab edir Baş Əmək X1 onun barəsində tərtib etdiyi 18 iyul 2024-cü il tarixli protokolu ləğv olunmalıdır və eyni zamanda həmin protokol əsasında həmin Əmək Müfəttişliyinin rəisi cənab Xıdırov Anarın qəbul etdiyi inzibati cərimənin şərti olaraq, tətbiq edilməsi haqqında MN № ******* saylı 1 avqust 2024-cü il tarixli qərarı birmənalı olaraq, ləğv olunmalıdır və barəsində açılmış və aparılmış inzibati xəta haqqında icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Onun həmin protokol və qərar üzrə heç bir təqsiri yoxdur və heç bir günahı olmamışdır. Protokol və qərar ona görə tərtib olunur ki, güya onun tərəfindən Əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin əmək müqaviləsinə xitam vermiş və bu səbəbdən də onun barəsində protokol tərtib olunmuşdur. Əslində isə iş o cür olmamış və onun prosessual qaydalara əməl edilməklə və normativ tələblərə əməl edilməklə işçinin əmək müvaqiləsinə xitam verilmişdir və bununla bağlı lazımı sənədləri Əmək Müfəttişliyinə təqdim etmişdir. Digər lazımı sənədləri isə ondan tələb etməyiblər. Ancaq qərar və protokolda göstərirlər ki, guya ki, hansısa sənədləri ondan tələb ediblər və onu dəvət ediblər iclasa və o, gəlməmiş və sənədləri təqdim etmədiyinə görə onun barəsində inzibati xəta haqqında icraata başlanılaraq müvafiq protokol və qərar verilmişdir. Bu qərarda göstərilən müfəttiş tərəfindən məlumatlar ağ yalandır və həqiqəti əks etdirmir. Onlar onu heç bir iclasa dəvət etməyiblər və ondan əlavə digər sənədlər tələb etməyiblər. Odur ki, qeyd edilən protokol üzrə araşdırma aparılaraq düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərardan şikayət vermiş X12 məhkəmə iclasında iştirak etməmiş, işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən DƏMX-nin X5n baş əmək müfəttişi X6 bildirmişdir ki, X20 rayon S.Cəfərov adına Yenikənd kənd tam orta məktəbində hüquqularının pozulması barədə DƏMX-nin Şirvan-Salyan regional şöbəsinə müraciət etmişdir. O, müraciətində əmək müqaviləsinə məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini Elnur Nəzirov tərəfindən qanunsuz və əsassız olaraq xitam verildiyini bildirmişdir. Bu barədə müraciətin araşdırılmasına dair müvafiq sənədlərin təqdim olunması məqsədilə E.Nəzirova xx.xx.2024-cü il tarixdə rəsmi məktubla müraciət etmiş, bundan başqa, dəfələrlə E.Nəzirova zəng edərək müvafiq məsələnin araşdırılması məqsədilə idarəyə gəlməsi xahiş olunmuş, lakin E.Nəzirov idarəyə gəlməmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək bundan yayınmış, son günlərdə isə ümumiyyətlə gələn zənglərə belə cavab verməmişdir. Buna görə tərəflərindən həm xəbərnaməli poçt vasitəsilə, həm də teleqramla E.Nəzirova bildirişlər göndərilmişdir. E.Nəzirov sonradan idarəyə gələrək yaxın 3 gün ərzində müvafiq sənədləri araşdırmaya təqdim edəcəyini, əks təqdirdə araşdırma tərəfindən “sözügedən sənədlərin olmaması” kimi qiymətləndirilməsi halından razı qalacağını bildirmişdir. Lakin E.Nəzirov tərəfindən araşdırmaya heç bir sənəd təqdim edilməmişdir. Buna görə də, E.Nəzirov A.Sadıqovu qanunsuz olaraq işdən çıxardığına görə onun barəsində protokol tərtib olunmuşdur. Həmin protokol əsasında inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar Elnur Nəzirov tərəfindən xx.xx.2024-cü il tarixdə xəbərnaməli poçt vasitəsilə qəbul edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, X11 barəsində DƏMX-nin Şirvan-Salyan regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X13 xx.xx.2024-cü il tarixdə Salyan rayon Salman Cəfərov adına Yenikənd tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli, 73 №-li əmrin surətindən görünür ki, X13 ilə bağlanmış 4VTSFV7000400 nömrəli Əmək Müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə həmin tarixdən xitam verilmişdir. E.Nəzirov tərəfindən DƏMX-nin Şirvan-Salyan regional şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, yaxın 3 gün ərzində müvafiq sənədləri araşdırmaya təqdim edəcəyini, əks təqdirdə araşdırma tərəfindən “sözügedən sənədlərin olmaması” kimi qiymətləndirilməsi halından razı qalacağını bildirmişdir. DƏMX-nin X5n xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, E.Nəzirov cavabdeh şəxs qismində inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmək üçün məktub və teleqramla məlumatlandırılmış, həmin teleqram (********** saylı) xx.xx.2024-cü il tarixdə saat 12:07-də X11 tərəfindən qəbul edilmişdir. DƏMX-nin X5n xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azər Sadıqovun müraciətinin araşdırılmasına dair müvafiq sənədlərin təqdim olunması məqsədilə məktəbə xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, məktubda sənədlərin müfəttişliyə təqdim edilməsi xahiş olunmuş, lakin araşdırmaya heç bir sənəd təqdim edilməmişdir. Bununla yanaşı, E.Nəzirov araşdırmaya verdiyi xx.xx.2024-cü il tarixli izahatında ən geci 3 gün ərzində müvafiq sənədləri (özünün deməsinə görə, töhmət və xəbərdarlıq elan edilməsi barədə əmr, direktoryanı müşavirənin qərarı, həmkarlar təşkilatının iclas potokolu və s.) araşdırmaya təqdim edəcəyini, əks təqdirdə araşdırma tərəfindən “sözügedən sənədlərin olmaması” kimi qiymətləndirilməsi halından razı qalacağını bildirmişdir. Əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuş hallar, hüquqi faktlar işəgötürən tərəfindən hər hansı yetərli sübutla əsaslandırılmamış, Azər Sadıqovun vəzifə öhdəliklərindən irəli gələn intizam hüquqpozması, təqsirli olması sübuta yetirilməmişdir. Odur ki, sözügedən hüquq pozuntusuna yol verməklə, direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Elnur Nəzirov barəsində Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsinə əsasən Əmək Müfəttişliyi tərəfindən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Salyan rayon Yenikənd kənd tam orta məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən X11 barəsində DƏMX-nin X5n baş əmək müfəttişi X6 tərəfindən tərtib olunmuş 18 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, direktor müavini Azər Sadıqovun xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə əsassız və qanunsuz xitam verilmişdir. Əmək Məcəlləsinin 71, 80, 186 ə 187-ci maddələrinin tələbləri pozulmuşdur. X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalara Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt toplanmış izahatlar, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ilə təsdiq edilmişdir. DƏMX-nin X5n rəisi X17 tərəfindən tərtib olunmuş “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi” haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın surətindən görünür ki, Salyan rayon Yenikənd kənd tam orta məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən X11 Azərbaycan Respublikasının İnzibati Xətalara Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən edilməsi qərara alınmışdır. DƏMX-nin X5n xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, E.Nəzirov barəsində İXM-nin 192.6-cı maddəsinə müvafiq olaraq inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar onun ünvanına göndərilmişdir. DƏMX-nin X5n xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azər Sadıqovun əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini təmin etməklə AR İXMnin 119.2-ci maddəsinə uyğun olaraq inzibati xətanı yaradan səbəbləri aradan qaldırıb 1 ay müddətində DƏMX-nin Şirvan-Salyan regional şöbəsinə məlumat verilməsi E.Nəzirovdan xahiş olunmuşdur. Həmin məktub xx.xx.2024-cü il tarixdə Elvin Cavadov tərəfindən qəbul edilmişdir. Beləlikə, məhkəmə iclasında müəyyən olundu ki, Azər Sadıqov xx.xx.2024-cü il tarixdə Salyan rayon Salman Cəfərov adına Yenikənd tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən formal xarakterli sənədlər hazırlanmaqla işçi ilə əmək müqaviləsinə xitam verilmiş, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş X9 Xidməti X5n xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azər Sadıqovun müraciətinin araşdırılmasına dair müvafiq sənədlərin təqdim olunması məqsədilə məktəbə xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, məktubda sənədlərin müfəttişliyə təqdim edilməsi xahiş olunmuş, lakin araşdırmaya heç bir sənəd təqdim edilməmişdir. Bununla yanaşı, E.Nəzirov araşdırmaya verdiyi xx.xx.2024-cü il tarixli izahatında ən geci 3 gün ərzində müvafiq sənədləri (özünün deməsinə görə, töhmət və xəbərdarlıq elan edilməsi barədə əmr, direktoryanı müşavirənin qərarı, həmkarlar təşkilatının iclas potokolu və s.) araşdırmaya təqdim edəcəyini, əks təqdirdə araşdırma tərəfindən “sözügedən sənədlərin olmaması” kimi qiymətləndirilməsi halından razı qalacağını bildirmişdir. Əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuş hallar, hüquqi faktlar işəgötürən tərəfindən hər hansı yetərli sübutla əsaslandırılmamış, Azər Sadıqovun vəzifə öhdəliklərindən irəli gələn intizam hüquqpozması, təqsirli olması sübuta yetirilməmişdir. Odur ki, sözügedən hüquq pozuntusuna yol verməklə, direktor müavini Elnur Nəzirov barəsində Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsinə əsasən Əmək Müfəttişliyi tərəfindən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və iş üzrə icraata başlanılmışdır. X7 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında DƏMX-nin Şirvan-Salyan regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərara əsasən, X11 haqlı olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsinə əsasən, 1500 (bir min beş yüz) manat miqdarında cərimə edilmişdir. Odur ki, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X11 inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həm də həmin inzibati tənbehin həddində, eyni zamanda inzibati tənbehi tətbiq etmək səlahiyyətli olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən, belə qərara gəlir ki, DƏMX-nin X5n xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X7 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X7 DƏMX-nin X5n xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayət təmin edilməsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1500 (bir min beş yüz) manat miqdarında cərimə edilməsinə dair DƏMX-nin X5n xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar