Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-943/2023 29.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, 3 saylı Regional Ekologiya və Təbii Səətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X1 iştirakı ilə, xx.xx.1973-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, Salyan rayonu, Arabatan kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan 13 sentyabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X2 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 13 sentyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 21 sentyabr 2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, “Təndir” kafesini işlədən Salyan rayon, Arabatan kənd sakini Şəxs işlətdiyi kafedə formalaşan çirkab suları (tullantı suları) kənara təyinatsız axıdılması faktı Azərbaycan Respublikasının Su Məcəlləsinin 103cü maddəsinin tələbləri pozulmuşdur. Kənardan keçən kollektora politelen torba vasitəsilə axıdılması faktı nəticəsində Şəxs tərəfindən inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi X2 göstərdi ki, oranın təyinatı kafedir, orada istifadə olunan sular, yəni, tullantı suları kollektora axıdılır, orada şambo tikilməli və tullantı sular ora axıdılmalıdır, lakin Şəxs bunu etmir, barəsində inzibati tənbeh növündə tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə sonuncunun iştirakı olmadan prosesin keçirilməsini məqsədə uyğun hesab edir. Məhkəmə baş məsləhətçi-müfəttişi X1 izahatına, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs 13 sentyabr 2023-cü il tarixli izahatından görünür kimi, sonuncu inzibati xəta törətməsini etiraf edir. Həmçinin bu fakt işə əlavə edilən fotoşəkillərdən də, təsdiqini tapır. Azərbaycan Respublikasının Su Məcəlləsinin 103-cü maddəsinə əsasən Azərbaycan Respublikasının su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdiyi hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilirlər. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Belə ki, həqiqətən də, sonuncu inzibati xətanı törətmiş, Azərbaycan Respublikası Su Məcəlləsinin normalarını pozmuşdur, bu səbəbdən də, AR İXM-nin 262.2.3-cü maddəsinin tələblərinə əsasən 100 manat məbləğində cərimə edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək, bəarəsində 100 (yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-943/2023
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-943/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver