Məhkəmə qərarları › İş №3(057)-944/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-944/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-944/2023 22.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, 3-cü qrup Qarabağ əlili, orta təhsilli, subay, işləməyən, Salyan rayonu, Quyçu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Şirvan st. X4 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Salyan-Dayıkənd dəmir yolu mənzilinin göstəricisi olan 1 ədəd uzunluğu 2,5 metr olan R-50 tipli relsi oğurlamışdır. Bununla əlaqədar Şirvan st.XPB-nin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X2 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı əsasında, Şirvan st.XPB-nin İTQ-nin baş inspektoru, polis mayoru X1 tərəfindən 14 sentyabr 2023cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, icra hakimi ona dəmir yolunun kənarında 2,5 ha torpaq sahəsi vermişdir. Orada 2,5 metr uzunluğunda rels olmuş və həmin relsi götürərək dəmir yığanlara satmışdır. Relsi satdığı tarix dəqiq yadında deyildir. 3 qrup əlil olduğunu və törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini qeyd edərək, ona köməklik olunmasını xahiş etdi. Məhkəmə Şəxs dinləyib, inzibati xəta haqqında protokola, işdə olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs təqsirini ağırlaşdıran və yüngülləşdirən hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 32-33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, Şəxs törətdiyi inzibati xətanın xarakterini, iş üzrə toplanmış sübutları qiymətləndirərək, Şəxs qanunlara əməl edilməsi rühunda tərbiyyələndirmək, başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq üçün ona həmin Məcəllənin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 28.1-ci maddəsində qeyd olunmuşdur ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. 28.2. İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. 28.3. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. 28.3-1. Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. 28.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə 28.4.2. hamilə qadınlara 28.4.3. himayəsində üç yaşınadək uşağı olan qadınlara 28.4.4. üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə 28.4.5. pensiya yaşına çatmış qadın və kişilərə 28.4.6. hərbi qulluqçulara Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115-ci, 128-130cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin, gün ərzində dörd saatdan artıq olmamaq şərti ilə ona iki yüz qırx saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar