Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-945/2024 02.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X5 oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə şikayət verərək xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. O, həmçinin qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Həmin vəsatət və şikayət xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi İ Tağım YPX inspektoru, polis baş serjantı X1 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 150 manat məbləğində cərimə edilmişdir. Tərəfindən ümumiyyətlə heç bir inzibati xəta hadisəsi törədilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinin tələbləri pozulmamışdır. Belə ki, barəsində qəbul edilmiş qərarda onun idarə etdiyi DAF FTXF 105.460T markalı, 77LD350 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkdiyini göstərilmişdir. İdarə etdiyi DAF FTXF 105.460T markalı, 77LD350 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban şüşələrinə tərəfindən qanunla tətbiqinə icazə verilməyən heç bir örtük çəkilməmişdir, bu ərizəyə əlavə etdiyi avtomobilin fotoşəkillərindən də aşkar görünür. Həmçinin o, polis əməkdaşına tərtib edilmiş protokolla razı olmadığını bildirməyinə baxmayaraq qanunvericiliyin tələbləri pozulmaqla barəsində dərhal inzibati xəta haqqında qərar qəbul edilmişdir. Heç bir təqsiri olmadığı halda inzibati məsuliyyətə cəlb edilməyi barədə qərar qəbul edilməsi qanunsuzdur. Odur ki, barəsində qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 ərizədə qeyd olunan xüsusatları təsdiq edərək, verilən suallara cavab olaraq bildirmişdir ki, qəbul olunmuş qərar ona həmin gün təqdim olunmuşdur. Odur ki, qanunla nəzərdə tutulmuş buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə onların iştirakı olmadan baxılması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, şikayətə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin və ərizənin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməməlidir. Belə ki, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X4 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. X2 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən, 150 (bir yüz əlli) manat miqdarında cərimə edilmişdir. Həmin qərar ona həmin gün təqdim olunmuş, lakin o, qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. O, müddətin bərpa olunmasının üzrlü hesab edilməsini məhkəmədən xahiş etsə də, buna dair üzrlü səbəbləri məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, Rəşad Həsənovun həmin qərardan şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürməsi məhkəmə tərəfindən müəyyən olunmamış, həmin şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, X2 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsi qeyri-mümkün hesab edilməli və müddətin bərpasına dair vəsatəti rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət vermək üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair vəsatəti rədd edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-945/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-945/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver