Məhkəmə qərarları › İş №3(057)-949/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-949/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-949/2024 21.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X10 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində DƏMX-nin Şirvan-Salyan regional şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Babayev Qubad əmək müqaviləsi bağlamadan (hüquqi qüvvəyə minmədən) xx.xx.2023-cü il tarixdə Biləsuvar rayonu ərazisində Şəxs MMC tərəfindən işə cəlb olunub. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X8 izahatında İXM-nin 38-ci maddəsinə əsaslanaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMCnin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; Biləsuvar Rayon Məhkəməsinin 1(022)-91/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, cinayət işinin məhkəmə baxışı zamanı 23 fevral 1968-ci il tarixdə Biləsuvar rayonu Ağayrı kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olan X6, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-3.4-cü maddəsinin tələblərini pozmaqla əmək müqaviləsi bağlanılmadan əmək fəaliyyətinə cəlb etməsi müəyyən edilmiş Şəxs MMC-nin barəsində xüsusi qərar çıxarılmış və Şəxs MMC-nin vəzifəli şəxsi barəsində təsir tədbirləri görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə göndərilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 1(022)-91/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X9 zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi X5 ilə barışdığına və zərərçəkmiş şəxs X3 vurulmuş ziyanı tamamilə ödədiyindən azad edilmiş və həmin şəxsin Azərbaycan Respublikası CM-nin 263.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. DƏMX-nin Şirvan-Salyan regional şöbəsinin baş əmək müfəttişi X2 tərəfindən tərtib edilmiş 26 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Babayev Qubad əmək müqaviləsi bağlamadan (hüquqi qüvvəyə minmədən) xx.xx.2023-cü il tarixdə Biləsuvar rayonu ərazisində Şəxs MMC tərəfindən işə cəlb olunub. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətinin bitmə vaxtının müəyyən edilməsi məsələsinin həlli zamanı İnzibati Xətalar Məcəlləsinin 38.1 və 38.2-ci maddələrinin həmin Məcəllənin 38.3-cü maddəsi ilə sistemli əlaqəsindən çıxış etmək lazımdır. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Hazırkı iş üzrə inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta xx.xx.2023-cü il tarixdə baş vermiş, cinayət işi üzrə icraata xitam verilməsi barədə Biləsuvar Rayon Məhkəməsinin qərarı isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Şəxs İXM-nin 192.1-ci maddəsinə münasibətdə İXM-nin 38.1-ci maddəsi ilə 04 ay ərzində, 38.3cü maddəsi ilə isə 03 ay ərzində inzibati məsuliyyətə cəlb edilə bilər. İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati xətanın törədildiyi gündən (xx.xx.2023) hesablanmaqla, 04 ay müddət xx.xx.2024-cü il tarixdə bitir. Hazırkı vaxtda artıq İXM-nin 192.1-ci maddəsinə münasibətdə 04 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bundan başqa, İXM-nin 38.3-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edildi tarixdən (xx.xx.2024) hesablanmaqla, 03 ay müddət xx.xx.2024-cü il tarixdə bitir. Həmin tarixdən sonra inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün şəxs hazırkı tarixdə İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 53.1.6-cı maddəsinə əsasən, həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 106-cı maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanılmamasını (106.0.5) həll etməlidir. 109.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, lakin törədilmiş inzibati xətaya görə (İXM 192.1) inzibati tənbehin inzibati xətanın törədildiyi gündən (xx.xx.2023) ən geci dörd ay keçənədək verilməsi barədə inzibati xətalar qanunvericiliyinin tələbini, bundan başqa cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edildi tarixdən (xx.xx.2024) üç ay müddətin keçməsini, hələ inzibati xəta haqqında protokolun məhkəməyə daxil olanadək həmin müddətin başa çatdığını və bununla da iş üzrə icraatı rədd edən halın müəyyən edildiyini nəzərə alıb, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Bununla da, inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra İXM-nin 192.1-ci maddəsi ilə inzibati iş üzrə icraat başlanıla bilməz, başlanmış inzibati xəta haqqında işə xitam verilməlidir Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-109-cu maddərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar