Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-95/2025 06.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abseyn oğlunun iştirakı ilə, xx.xx.1982-ci ildə Neftçala rayonu, Qaraqaşlı kəndində anadan olmuş, fərdi təsərrüfatda gözəçi işləyən, Azərbaycan Respublikası vətəndaşı, evli, Neftçala rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında MN № 1954223/19 saylı protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan rayonu, Çuxanlı kəndində yaşayan Şəxs əlində 1 ədəd İ9 markalı 16 çaplı qoşa lüləli tüfəngin sənədi olmadığı müəyyən edilmişdir. Salyan RPŞ-nin rəis müavini Etibar Balakişiyev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən Şəxs barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, ov silahı babasından yadigar qalmışdır. Çöldə balıq gölündə gözəçi işlədiyi üçün ov silahını özü ilə götürmüşdür. Ov silahının sənədi və ovçuluq bileti yoxdur. 8 və 12 yaşlarında iki övladı var. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayət verməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X2 bildirmişdir ki, İXM-nin 590.2-ci maddəsinin tələblərini pozduğu üçün Şəxs barəsində protokol tərtib olunaraq, məhkəməyə göndərilmişdir. Protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Salyan RPŞ-nin TB-nin baş təhqiqatçısı Tural Fərmanlının 14 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Sadiq Əmrahovun 30 oktyabr 2024-cü il tarixdə raportu əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, xx.xx.1982-ci ildə Neftçala rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə əvvəllər məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs əməlində İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə verilmiş, Şəxs təqdim etdiyi 1 ədəd silah 16 kalibrli olmaqla, “TOZ-B” modelli, Tula silah zavodunda istehsal olunmuş, “123503” nömrəli, çaxmaqlı, yivsiz, hamar qoşa lüləli odlu silah DİN-in Maddi-Texniki Təminat İdarəsinə bilavasitə tabe olan Mərkəzi Silah Anbarına təhvil verilməsi üçün Salyan RPŞnin maddi sübutlar otağında saxlanılmışdır. İş materiallarında olan Salyan rayon PŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X3 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Sadiq Əmrahov raportla müraciət edərək, Salyan RPŞ-nin polis sahə nəfərləri, polis serjantı X5 və polis serjantı X4 ilə Salyan rayonu, Çuxanlı kəndində xidmətdə olarkən Şəxs əlində ov tüfəngi ilə hərəkət etdiyini gördüklərini və Şəxs əlində olan bir ədəd “İJ” markalı, 16 çaplı, qoşa lüləli, N 123503 nömrəli ov tüfənginin sənədi olmadığından həmin şəxsi RPŞ-nə gətirdiklərini bildirmişlər. Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Sadiq Əmrahovun raportu 30 oktyabr 2024-cü il tarixdə Salyan RPŞ-də “Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 2104 sayla qeydiyyata alınaraq icraatına daxil olmuşdur. Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Sadiq Əmrahovun 30 oktyabr 2024-cü il tarixdə raportu əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməli, Şəxs əməlində İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın (müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılması) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqında protokol baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması” qaydalarının 3.13-cü bəndinə görə vətəndaşlar əldə etdikləri mülki silahı və onun döyüş sursatını özlərinin yaşayış yerlərində həmin silah və sursatın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalıdırlar. Həmin qaydaların 4.4-cü bəndinə əsasən vətəndaşlar özləri ilə onlara məxsus olan özünümüdafiə silahını hər zaman, odlu ov və idman silahını isə müvafiq olaraq ovla məşğul olduqları zaman və ya idman yarışlarının, yaxud təlim-atəş məşqlərinin keçirilməsi zamanı gəzdirə bilərlər. Həmin qaydaların 4.6-cı bəndinə əsasən silahların, onların gəzdirilməsi zamanı döyüş vəziyyətində olmasına, bir qayda olaraq, yol verilmir. Silahlar gəzdirilərkən onların döyüş vəziyyətinə gətirilməsinə yalnız zəruri müdafiə və son zərurət şəraitində qanunvericiliklə müəyyən edilmiş hallarda yol verilir. Həmin qaydaların 4.7-ci bəndinə əsasən yivli və yivsiz odlu uzun lüləli ov silahları çexolda, qısa lüləli və idman silahı isə qoburda gəzdirilməlidir. İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan silah və döyüş sursatı müsadirə edilməklə cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Odur ki, Şəxs İXM-in 590.2-ci maddəsi ilə təqsirli bilinərək ondan götürülmüş 01 ədəd silah 16-kalibirli, “TOZ-B” modelli, “123503” nömrəli, çaxmaqlı, yivsiz, hamar qoşa lüləli odlu ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, Tula silah zavodunda istehsal olunmuş 01 ədəd silah 16-kalibirli, “TOZ-B” modelli, “123503” nömrəli, çaxmaqlı, yivsiz, hamar qoşa lüləli odlu ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Müsadirə edilmiş əmlak Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-95/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-95/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver