Məhkəmə qərarları › İş №3(057)-950/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-950/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-950/2024 10.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş orqan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 nümayəndəsi X3, X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından X9 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı əsasında X14 Azərbaycan Respublikası İXM-nın 192.1-ci maddəsi ilə 4000 manat cərimə olunmuşdur. Həmin qərardan narazı qalan X14 19 sentyabr 2024-cü ildə məhkəməyə şikayət ərizəsi ünvanlayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X14 izahatında bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Salyan rayonu, Kərimbəyli kəndində yaşayır. “Gölüstü” restoranı özünə məxsusdur, adına VÖEN vardır. İşçi ilə əmək müqaviləsi bağlanmadığı üçün cərimə olunmuşdur. Əslində işçiləri ilə əmək müqaviləsi bağlamış, lakin ayda bir-iki dəfə ad günləri ilə bağlı keçirilən məclislərdə əlavə aşbaz tələb olunduğu üçün çağırılır. Onunla bir günlük işə görə əmək müqaviləsi bağlanılmır. Onun barəsində olan inzibati qərardan xəbəri olmayıb. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 nümayəndəsi X6 izahatında bildirmişdir ki, faktla bağlı Salyan rayon prokurorunun inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında, xx.xx.2024-cü il tarixli qərarı əsasında vəzifəli şəxs X14 barəsində inzibati araşdırma aparılaraq inzibati tənbeh tətbiq etmək məqsədilə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında Salyan rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarından aydın olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Salyan rayonu, Kərimbəyli kəndində yaşayır. “Gölüstü” restoranının sahibi X14 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan X4 xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək keçən müddət ərzində həmin restoranda aşpaz qismində, X16 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək keçən dövr ərzində gözətçi qismində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüququ qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Tərtib olunmuş qərar qanuni olduğundan şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında elan olunan Salyan rayon prokuroru X8 inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs X14-Salyan rayonu Qraçala qəsəbəsində yerləşən “Gölüstü” restoranında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan X4 xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək keçən müddət ərzində həmin restoranda aşpaz qismində, X16 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək küçən dövr ərzində gözətçi qismində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilərək Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmiş Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüququ qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətdiyi üşün həmin vəzifəli şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Həmin və toplanılmış materialın şəxsin barəsində inzibati tənbeh tətbiq etmək məqsədilə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə göndərilməsi qərara alınmışdır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şirvan-Salyan RŞ-nin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından görünür ki, X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – MPM) 192.1-ci maddəsi ilə 4000 manat cərimə olunmuşdur. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, X14 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X7 tərəfindən haqlı olaraq inzibati qaydada məsuliyyətə cəlb edilmiş və inzibati məsuliyyətə dair qərarın ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X5 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilməli və qərar əsasında X10 İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddindən, yəni 3000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tədbiq edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, vəzifəli şəxs kimi X10 onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin aşağı həddindən yuxarı həddə cəza təyin olunarkən sonuncunun maddi vəziyyəti nəzərə alınmamışdır. Ona görə də, məhkəmə X10 təyin olunmuş cəzanın yüngülləşdirilməsi qənaətinə gələrək qəbul olunmuş qərarın dəyişdirilməsi və yeni qərar qəbul olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 135.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Beləliklə, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Şirvan-Salyan Regional X2 barəsində qəbul olunmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərar dəyişdirilsin, ona təyin olunmuş inzibati cərimə növündə tənbehi 3000 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Şirvan-Salyan Regional X2 barəsində qəbul olunmuş MN ******* saylı, xx.xx.2024cü il tarixli qərar dəyişdirilsin, ona təyin olunmuş inzibati cərimə növündə tənbehi 3000 manat həddinə endirilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar